DGK: Azərbaycanda tütün qaçaqmalçılığı azalıb
Tarix: 19.02.2014 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


Azərbaycana tütün məhsullarının qaçaqmalçılıq yolu ilə gətirilməsində azalma tendensiyası müşahidə olunur. “Palitra”nın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük hüquqpozmaları ilə mübarizə Baş İdarəsinin rəisi Güloğlan Muradlı iri tütün istehsalçısı olan "Japan Tobacco International"-ın (JTI) DGK-nın əməkdaşları üçün Bakıda təşkil etdiyi tematik seminarda çıxışı zamanı bildirib. G.Muradlı deyib: "2013-cü ildə ölkədə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə gətirilməsinə 105 cəhd qeydə alınıb ki, bu da 2012-ci ilin göstəricisindən bir qədər aşağıdır. Altı hal üzrə cinayət işi, digərləri üzrə inzibati iş açılıb. Müsadirə olunmuş mal ekspertizaya göndərilib və məhv edilib". Onun sözlərinə görə, gömrük orqanları və tütün məmulatları istehsalçılarının qaçaqmalçılıqla mübarizədə ümumi maraqları var: "Siqaret narkotik və silahdan sonra üçüncü populyar qaçaqmal məhsuludur. Misal üçün, Avropa ölkələrində təxminən səkkiz ABŞ dollarına satılan və MDB ölkələrində 60-70 sentə alınan siqaret cinayətkarlara astronomik qazanc gətirir. Tütün məmulatlarının qaçaqmalçılığı ölkə iqtisadiyyatına, vətəndaşların sağlamlığına, eləcə də yerli istehsalçıların fəaliyyətinə ciddi ziyan vurur. Onu da qeyd etmək lazımdır ki, qaçaqmalçılıqdan gələn mənfəətin bir hissəsi digər cinayətkar fəaliyyət növlərinə yönəldilir".
G.Muradlı bildirib ki, Dövlət Gömrük Komitəsi bundan sonra da ölkəyə keyfiyyətsiz və qadağan olunmuş məhsulların gətirilməsinə qarşı mübarizə aparacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info