“Ermənistan torpaqları işğal altında saxlamaqdan heç nə qazanmayıb”
Tarix: 19.02.2014 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


"Ümid edirik ki, təcavüzkar Ermənistan nəhayət ki, öz işğalçı siyasətindən əl çəkəcək, konstruktiv mövqeyə gələcək, başa düşəcək ki, bu 20 ildə Ermənistan ziyanı özünə vurur". Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Ə.Həsənov bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqdan heç nə qazanmayıb. Azərbaycan Prezidentinin xarici siyasətindən biri bütün ölkələrlə, ilk növbədə qonşularla dostluq, mehribanlıq şəraitində əməkdaşlıq etməkdir: "Bizim də ətrafımızda dost, qardaş qonşularımız var - İran, Türkiyə, Rusiya, Gürcüstan. O cümlədən bu gün düşmən mövqeyində olan Ermənistan Azərbaycanın qonşusudur. Azərbaycanın işğal olunmuş torpaqları qonşuluqdadı, Ermənistan rəhbərliyi o torpaqları götürüb apara bilməz. Azərbaycan ilə Ermənistan qonşuluq etməyə məhkumdur. Biz bunu dərk edirik, amma çox təəssüflər olsun ki, Ermənistan rəhbərliyi bunu dərk etmir. Ermənistan xalqı bunu dərk edir. Biz bilirik ki, Ermənistan xalqı nə vəziyyətdədir, onlar gecə-gündüz gözləyirlər ki, bu münaqişə nə vaxt qurtaracaq və onlar da bir ağ günə çıxacaqlar. Ancaq Ermənistanın təcavüzkar, faşist rejimi bundan əl çəkmir".
Baş nazirin müavini hesab edir ki, çünki onlar bu problem üzərində öz kapitallarını formalaşdırıblar və bu problemdən əl çəkən kimi onların da hakimiyyətinin sonu olacaq: "Ona görə, bundan əl çəkmək istəmirlər. Biz Türkiyə, Rusiya, Gürcüstan, İranla mehriban qonşuluq edirik. İndi növbə Ermənistanındır. Biz onlarla qonşuluq etmişik, etməyə də hazırıq. Zəhmət çəksinlər öz təcavüzkar mövqelərindən əl çəksinlər və onlar da bu qonşuluğa qoşulsunlar".

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info