Monako Knyazı “Bakı Ağ şəhər” layihəsi ilə tanış olub
Tarix: 19.02.2014 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan Monakonun Knyazı II Albert fevralın 19-da “Bakı Ağ şəhər” layihəsi ilə tanış olub.
Qonağa “Bakı Ağ şəhər” layihəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu şəhərsalma layihəsi Prezident İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı” çərçivəsində həyata keçirilir.
Diqqətə çatdırılıb ki, Bakı buxtasının mərkəzində yerləşən və 221 hektar sahəni əhatə edən, “Qara şəhər” kimi tanınan bu ərazidə yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir və böyük yaşayış mərkəzi yaradılacaq. Burada, həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaq. Eyni zamanda, layihə çərçivəsində köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, neft və neft tullantıları ilə çirklənmiş torpaqların təmizlənməsi və abadlaşdırılması nəzərdə tutulub. Layihənin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici şirkətlərin əməkdaşları da iştirak ediblər. Yeni layihənin icrasına başlanılması xarici və yerli sərmayədarlar üçün də geniş imkanlar açır.
Qeyd olunub ki, “Bakı Ağ şəhər”in təməl daşı 2011-ci il dekabrın 24-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
“Bakı Ağ şəhər” layihəsi Monako Knyazında böyük maraq doğurub.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Tural Gəncəliyev: “Paris görüşü irəliləyişin əldə olunmasına ümidlərimizi artırır”
15.01.2019
Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir
15.01.2019
Gürsel İsmayılzadə Yaponiyada səfir vəzifəsindən geri çağırılıb
15.01.2019
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
15.01.2019
Arif Alışanov AzTV-nin sədri vəzifəsindən azad edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info