“Qərb üçün Ukrayna prioritet deyil”
Tarix: 19.02.2014 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


“The Wall Street Journal”: “Vaşinqton Kremlə qarşı dayanmağa çalışmır, çünki o, Moskva ilə Suriya və İran məsələsində əməkdaşlıq yollarını axtarır”

Son günlərdə Ukraynanın paytaxtı Kiyevin mərkəzindəki Maydanda baş verən qanlı toqquşmanı dünya KİV-i həyəcanla izləyir və bu hadisələri Ukraynanın postsovet tarixində ən qanlı olaylar adlandırır. Bu hadisələrin baş vermə səbəblərini analitiklər Ukraynaya yiyələnmək uğrunda Qərblə Şərqin mübarizəsində və Putinin Ukraynada nüfuza malik olmaqla bağlı səylərində görürlər: “Rusiya ilə Ukraynanın bir vacib ümumi bənzərliyi var: bu nə dil, nə tarix, nə də mədəniyyət deyil. Bu, xarici ticarət modelidir”.
ABŞ-ın “TIME” qəzeti baş verən olaylar barəsində belə yazır: “Etirazçılar polisin sərt tədbirlərinə qarşı dayanmaqdadırlar. Ukrayna Çərşənbə axşamı özünün postsovet tarixi boyu ən qanlı gününü yaşadı. Polis Kiyevin mərkəzində düşərgələr quran müxalifət qüvvələri ilə toqquşub. Polis onları sıxışdırmağa çalışsa da, onlar savaşsız getmirlər. Xalq deputatı, keçmiş bankir, etirazçıların çadır şəhərciyinin komendantı Stepan Kubiv “Berkut” qüvvələri Maydana girəndə, meydanın mərkəzindəki səhnə yerinə qalxaraq etirazçılara artıq “at üstə” olduğunu bildirib: “Ayağa qalx, Ukrayna! Bu gün sənin uşaqlarının və nəvələrinin taleyi həll olunur, Hamımızın taleyi həll olunur!”.
“The Washington Post” isə yazıb ki, Ukraynadakı zorakılıqlar sübut edir ki, məsələnin həlli bu cür xaosla yox, danışıqlar yolu ilə həll edilməlidir. Qəzet onu da iddia edir ki, məhz Rusiya tərəfi Yanukoviçi məcbur edir ki, bu cür amansız davransın və Qərb xüsusi xidmət orqanlarının yaratdığı müxalifətə güzəştə getməsin: “Putin bu hərəkətini Ukraynaya Bazar ertəsi günü ayırdığı 2 milyard dollarla daha da gücləndirmək istəyir. Amma Qərb də əl çəkmir. ABŞ-ın vitse-prezidenti Bayden müxalifət nümayəndələri ilə görüşdən sonra Yanukoviçə zəng edib”.
“The Wall Street Journal” da qeyd edir ki, Ukraynadakı qarşıdurma Şərqlə Qərbin Ukrayna uğrunda rəqabətini daha da gücləndirir: “Qərb diplomatları Ukraynadakı böhran barədə danışarkən, hər şeydən öncə “maraqların assimetriyası” ifadəsini istifadə edirlər. Amma Avropa üçün Ukraynanın taleyi başlıca prioritetlər sırasında deyil. Vaşinqton Kremlə qarşı dayanmağa çalışmır, çünki o, Moskva ilə Suriya və İran məsələsində əməkdaşlıq yollarını axtarır. Amma Putin üçün keçmiş sovet respublikası olan Ukraynanın taleyi ciddi önəm kəsb edir. Ona görə də təəccüblü deyil ki, o, Rusiyanın regional nüfuzunu bərpa etməyə çalışır.
“The American Interest” yazır ki, Kiyev od içindədir: “Faktiki olaraq yüzillik boyunca ölkə özünün ağır taleyində ağır hadisələr yaşayıb – Birinci Dünya savaşından sonar vətəndaş müharibəsi baş verib, aclıq milyonlarla ukraynalının həyatına son qoyub, otuzuncu illərin Stalin repressiyaları və kollektivləşdirmə daha bir neçə milyonun canını alıb, əhalinin ondabir hissəsi faşist hücumlarından qırılıb...”.
Qəzet qeyd edir ki, bugünkü Ukrayna postsovet sindromundan əziyyət çəkir – köhnə sistem yıxılıb, yenisi isə formalaşa bilmir, həmçinin ölkə rusdilli şərq və ukraynadilli qərb hissələrə bölünüb. Qərb isə Ukrayna ilə bağlı əməlli-başlı bir taktika işləyib həyata keçirə bilmədi. Rusiya isə Ukraynanı özünə bağlamaq istəyir. Putin üçün bu savaş elə bir şeydir ki, onu uduzmaq olmaz”.
Britanyanın “The Financial Times” qəzeti isə bildirib ki, baş verən qarşıdurma nəticəsində yaranan faciə Ukraynaya sülhə nail olmağa mane olub: “Xüsusən də zorakılıq günü sülhün vəd edilməsi ilə başlanıb. Çərşənbə günü parlament Konstitusiyaya düzəlişləri müzakirəyə başlamalı idi”.
Almaniyanın “Der Spiegel” jurnalı isə qarşıdurmanın ən amansız mənzərələrini təsvir edib. İnsanların atəşə məruz qalması və etirazçıların hər vasitə ilə toqquşmaya getməsi bildirilib. Alman jurnalı qeyd edib ki, Ukraynadakı hadisələr artıq on il bundan öncə baş vermiş dinc “narıncı” inqilaba bənzəmir. Etirazçılar Kiyev sakinlərini “Düşmənlərimizə ölüm” şüarı altında qarşıdurmaya çağırırlar.
“The Japan Times” də yazır ki, Kiyevin mərkəzində küçə döyüşlərindən sonra minlərlə omonçunun etirazçıların düşərgəsinə hücum etməsi nəticəsində 18 nəfər ölüb və yüzlərlə insan isə yaralanıb: ”Səsli qumbaraların səsi altında müxalifət lideri Vitali Kliçko 20 min etirazçını düşərgələrini qorumağa çağırıb”.
Türkiyənin “Hürriyet” qəzeti də Kiyevin odla əhatə olunduğunu yazıb.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info