Yüksək Texnologiyalar Parkı iqtisadiyyatın davamlı inkişafını təmin edəcək
Tarix: 19.02.2014 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nazirliyin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkının (“YT Park”) fəaliyyəti ilə tanış olub.
“YT Park”-ın yerləşdiyi ofisə keçirilən baxışdan sonra təsisatın gələcək inkişaf planları üzərində qurulan təqdimatın nümayişi olub. Qeyd edilib ki, artıq “İASP”-yə (International Association of Science Parks and Areas of Innovation) üzv olan Yüksək Texnologiyalar Parkının formalaşdırılması, zəruri infrastrukturun qurulması, beynəlxalq təcrübənin öyrənilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün danışıqların aparılması və digər təşkilati məsələlərin həlli istiqamətində işlər davam etdirilir. Həmçinin Azərbaycan bazarının ehtiyac və tələbatına uyğun layihələrin gündəmə gətirilməsi, bu layihələrin iqtisadi sektora təsirinin qiymətləndirilməsi, biznes transferi üzrə imkanlar və s. sahələrdə ciddi təhlilə əsaslanan araşdırmaların aparıldığı vurğulanıb.
Tədbirdə Yüksək Texnologiyalar Parkının ilk layihələrindən biri - biznes inkubasiyası mərkəzi olan “Pi Campus”a müraciətlərin qəbulunun artıq başlandığı, bu müraciətlərin sayının hazırda 20-yə çatdığı, mərkəzə təqdim edilən texnologiya yönümlü, innovativ layihələrə dövlət tərəfindən göstərilən dəstəyin təmin ediləcəyi haqda da məlumat verilib. Eyni zamanda hazırda “YT Park”ın ofisində yeni yaranan “start-up”-ların fəaliyyətə başladığı, müvafiq treninqlərin təşkilinin davam etdirildiyi bildirilib. Həmçinin parkın fəaliyyətinin ölkədə elmi-texniki araşdırmaların, kiçik və yeni şirkətlər tərəfindən aparılan riskli, amma perspektivli yeniliklərin tətbiqində önəmli rolu olan mexanizmin - vençur maliyyələşdirməsinin daxili bazarda canlanma yaradacağı da vurğulanıb. Müzakirələrlə davam edən tədbirdə nazir Ə.Abbasov “YT Park”ın gələcək fəaliyyətinin daha səmərəli təşkili, ölkə üçün mühüm əhəmiyyət kəsb edən layihələrə dəstək verilməsi istiqamətində tövsiyələrini bildirib.
Daha sonra “Yüksək Texnologiyalar Parkı”nın kollektivi ilə görüşən nazir beynəlxalq texnopark təcrübəsi və onların fəaliyyətinin qlobal iqtisadiyyata təsirindən söz açıb. Bu baxımdan ölkəmizdə yeni iqtisadi modelin və mühitin formalaşdırılması, o cümlədən iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılmasının təmin edilməsində Yüksək Texnologiyalar Parkının üzərinə böyük vəzifələrin düşdüyünü qeyd edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info