Lavrov: “Ukraynada baş verənlər hakimiyyətin zorla və silah yolu ilə ələ keçirilməsi cəhdidir”
Tarix: 19.02.2014 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


“Rusiya Ukraynada baş verən hadisələrdən narahatlıq keçirir”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov küveytli həmkarı Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahla birgə keçirdiyi brifinqdə bildirib. Lavrov Qərb ölkələrini və Ukrayna müxalifətini sərt tənqid edib:
“Təəssüf ki, Ukrayna hakimiyyətinin müxalifətə güzəşt təklifi heç bir nəticə vermədi. Müxalifət hakimiyyətin güzəşt təklifini rədd etdi. Bildiyiniz kimi, müxalifətin rəhbərlik etdiyi radikallar Ukraynada inzibati binaları silah yolu ilə zorla ələ keçiriblər. Rusiya bu hadisəyə hakimiyyətin zorla və silah yolu ilə ələ keçirilməsi cəhdi kimi baxır. Bu, yolverilməzdir. Bunun məsuliyyətini Ukrayna silahlı qruplara rəhbərlik edən müxalifət liderləri daşıyır”. Sergey Lavrov Qərb ölkələrinin də Ukraynada baş verənlərə görə məsuliyyət daşıdığını söyləyib: “Bir sıra qərbli siyasətçilər Ukraynada baş verənlərə görə Rusiyanı günahlandırırlar. Rusiyanın postsovet ölkələrini təzyiq altında saxladığını söyləyirlər. Hadisələr başlayandan bəri Qərb ölkələri Ukraynanın daxili işlərinə qarışırlar. Ukraynanı sanksiyalarla hədələyiblər, indi də hədələməkdə davam edirlər. Biz dəfələrlə qərbli həmkarlarımıza bu barədə narahatlığımızı bildirmişik. Ukraynanın daxili işlərinə qarışmamağa çağırmışıq və hakimiyyətin daxildə baş verənləri tənzimləmək iqtidarında olduğunu bildirmişik. Lakin Qərb ölkələri yenə də Ukraynadakı hadisələrə istiqamət verməkdə davam edirlər”.
Dünən yayılan məlumatlarda Kiyevdəki Həmkarlar İttifaqı binasında yanğın zamanı 40-50 nəfərin diri-diri yandığı iddia olunub. Bunu müxalif “Batkivşina” partiyasının parlament fraksiyasının sədr müavini Sergey Sobolev deyib: “Məlumat hər saat yenilənir. Xəstəxanalardan gələn siyahılara əsasən təxminən 40-50 nəfər ölüb. Söhbət Həmkarlar İttifaqı binasında olan və yeriyə bilməyən yaralılardan gedir”.




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
İmamoğlu: İstanbulda qanun və ədalət hökmranlıq edəcək
23.06.2019
Azərbaycan MDB-də ən yüksək minimum əməkhaqqı olan ölkələr kateqoriyasına daxil oldu
23.06.2019
Valdis Zatlers: Çernobıl qəzasında insanlar günahkar idi
22.06.2019
Azərbayan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması dünya üçün də bir ismarışdır
22.06.2019
Ölkəmizdə aparılan sosial islahatlar Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info