Pakistanda Xocalı soyqırımı ilə bağlı bəyannamə qəbul edildi
Tarix: 20.02.2014 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Pakistan Senatının sədr müavini, Senatın komitə sədrləri, əyalətlərin qanunverici və icraedici orqanlarının rəhbərləri, sabiq nazirlər, istefada olan ordu generalları, admirallar, aviasiya marşalı, tanınmış hüquqşünaslar, jurnalistlər və alimlər də daxil olmaqla, 100 nəfərdən çox Pakistan ictimai-siyasi xadimi Xocalı soyqırımını qəti şəkildə pisləmək məqsədi ilə bəyannamə qəbul ediblər. Azərbaycanın Pakistandakı səfirliyinin yaydığı məlumata görə, bəyannamədə SSRİ-nin süqutundan sonra müstəqilliyini əldə etmiş Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qaldığı və təcavüz nəticəsində Dağlıq Qarabağ və daha 7 rayon daxil olmaqla Azərbaycanın 20 faiz torpaqlarının işğal olunduğu bildirilib. Sənəddə Xocalıda baş vermiş hadisələrin bu münaqişənin ən qara səhifəsi olduğu qeyd edilib. Vurğulanıb ki, erməni silahlı qüvvələri tərəfindən mühasirədə saxlanılmış Xocalı fevral ayının 25-dən 26-a keçən gecə keçmiş sovet ordusunun motoatıcı alayının bir başa iştirakı ilə hücuma məruz qalaraq tamamilə məhv edilib. Həmin dəhşətli gecə zamanı 613 nəfər öldürülmüş insanların arasında 83 uşaq, 106 qadın olub. Onlardan 56 nəfəri xüsusi amansızlıqla öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib.
Bəyannamədə 22 aprel 2010-cu il tarixində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Xocalıda törədilmiş qırğını "...hərbi cinayət və ya insaniyyətə qarşı cinayət" adlandırdığı bildirilib, qırğının miqyası və ağırlığı nəzərə alınaraq bu cinayətdə əli olanların məsuliyyətə cəlb edilməsinin qaçılmaz olduğu vurğulanıb.
Sənəddə Ermənistanın işğalçı qüvvələrinin bütün zəbt olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyri-şərtsiz çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, həmçinin BMT-nin Baş Assambleyasının 3 qətnaməsi, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, NATO, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərarlarına, həmçinin digər müraciətlərə məhəl qoymadığı bildirilib.
Bəyannamədə qeyd olunub ki, Pakistan Senatı 1 fevral 2012-ci il tarixli qətnaməsində Xocalı soyqırımını tanıyaraq, bu cinayəti törədənləri məsuliyyətə cəlb edilməsini tələb edib, həmçinin 5 may 2013-cü il tarixli qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyib. Eyni zamanda, bir neçə dünya ölkələri, nüfuzlu beynəlxalq təşkilatlar da Xocalı soyqırımını tanıyan qətnamələr qəbul ediblər. Bəyannamə "Pakistan xalqı Dağlıq Qarabağ və Azərbaycanın digər torpaqlarının qanunsuz işğalına etiraz edir və bu məsələnin BMT TŞ-nin qətnamələri əsasında ədalətli və sülh həllinə çağırır. Biz davamlı sülhün bərqərar olması naminə beynəlxalq ictimaiyyəti Dağlıq-Qarabağ məsələsinə biganə qalmayaraq, bu problemin ədalətli həll edilməsinə yardım göstərməsinə çağırırıq. Pakistan xalqı hesab edir ki, Dağlıq-Qarabağ, Kəşmir və Fələstin kimi münaqişəli məsələlərin ədalət və sülh prinsipi əsasında həll olunmayacağına qədər dünyada sülh təhlükə altında qalacaqdır" sözləri ilə yekunlaşıb. Birgə bəyannaməyə Pakistanın tanınmış ictimai və siyasi xadimləri, alimləri, hüquqşünasları, jurnalistləri, biznes elitasının təmsilçiləri imza atıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
16.08.2019
Prezident Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16.08.2019
“Sosial şəbəkə müxalifəti”: AXCP-ReAl “savaş”ı yeni müstəvidə
16.08.2019
Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
15.08.2019
“Söyüş və iaşə müxalifəti” şübhəli mənbələrdən maliyyələşir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info