Azərbaycan internetdən istifadəyə görə MDB və Mərkəzi Asiyada liderdir
Tarix: 20.02.2014 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaranmasının 10 ili tamam olur. Nazirlik Prezident İlham Əliyevin 2004-cü il fevralın 20-də imzaladığı sərəncamla keçmiş Rabitə Nazirliyinin bazasında təsis edilib. Nazirliyin məlumatında deyilir ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafına göstərilən diqqət, qəbul edilən qərarlar və 2013-cü ilin ölkədə «İKT ili» elan olunması sektorun inkişafını daha da sürətləndirib. Ötən ilin fevralın 8-də ölkənin ilk milli telekommunikasiya peykinin orbitə göndərilməsi ilə Azərbaycan kosmik ölkələr sırasına daxil olub. Azərbaycan hökumətinin təşəbbüsü ilə irəli sürülən Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi BMT-nin ən üst qurumları tərəfindən dəfələrlə yekdilliklə dəstəklənib və bu layihənin icrası istiqamətində real işlərə başlanılıb. İKT-nin İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması da sahənin inkişafına dəstək olacaq. Nazirliyin məlumatında deyilir ki, ölkədə göstərilən elektron xidmətlərin sayı və çeşidi artır. «Elektron hökumət» saytında təqdim edilən xidmətlərdən ötən ay ərzində 50 mindən çox insan istifadə edib. Nazirlər Kabinetinin təsdiq etdiyi 428 xidmət növündən 249-u «Elektron hökumət» və müvafiq dövlət qurumlarının portallarına inteqrasiya edilib. İndiyədək əhaliyə 820 mindən artıq elektron xidmət göstərilib. Dünyanın aparıcı təşkilatlarından olan Dünya İqtisadi Forumunun «Qlobal informasiya texnologiyaları – 2013» adlı hesabatına görə, Azərbaycan 144 ölkə arasında İKT-ni ölkədə prioritet sahə hesab edən dövlət kimi 9-cu, internetin əlçatanlığı göstəricisinə görə 20-ci, mobil rabitə tariflərinə görə 28-ci, internet tariflərinə görə 16-cı, sosial şəbəkələrdən istifadəyə görə isə 41-ci sırada qərarlaşıb və internetin 70%-lik istifadəçi sıxlığı ilə MDB və Mərkəzi Asiya ölkələri arasında liderlik mövqeyini qoruyub saxlayır. Bildirilir ki, artıq ölkə əhalisinin 98%-i rəqəmli yayımla əhatə olunub ki, bu texnoloji göstərici üzrə də Azərbaycan inkişaf etmiş ölkələr sırasında yer alıb. Dövlət Neft Fondunun dəstəyi ilə start götürəcək «Genişzolaqlı internetin inkişafı Layihəsi»nin reallaşdırılması, 4-cü nəsil rabitə və informasiya texnologiyalarının tətbiq olunması, milli informasiya resurslarının həcminin sürətlə artması uzunmüddətli inkişafın başlanğıcıdır.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info