Naxçıvanda mədəniyyətin və turizmin inkişafının yeni mərhələsi
Tarix: 20.02.2014 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm İnstitutunda “Naxçıvan Muxtar Respublikasında mədəniyyətin və turizmin inkişafının yeni mərhələsi” mövzusunda elmi praktik konfrans keçirilib. ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Naxçıvan MR-nın 90 illik yubileyinə həsr olunmuş elmi praktik konfransın gündəliyini, məruzəçiləri tədbir iştirakçılarına təqdim edəndən sonra çıxışı zamanı bildirdi ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxşıvan MR tarixən çətin sınaqlarla dolu mürəkkəb, eyni zamanda şərəfli bir yol qət edib. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar zaman- zaman milli varlığımızı qoruyub və yaşadıb, yetişdirdiyi tarixi şəxsiyyətlər, görkəmli elm, mədəniyyət xadimləri, sənətkarları ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında böyük rol oynayıb. Bu gün yüksək potensiala malik Muxtar Respublika dövlət proqramlarının, infrastruktur layihələrinin uğurlu tətbiqi sahəsində inkişafa layiqincə sahiblənə bilib. Prezident İlham Əliyevin 14 yanvar 2014-cü il tarixində imzaladığı “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi” haqqında sərəncamına uyğun olaraq, ölkəmizin hər yerində təşkil olunan müxtəlif elmi və mədəni tədbirlər 5 iqlim tipli qədim yurdumuzun yubileyinə aid olunub. “Naxçıvan MR-da mədəniyyətin və turizmin inkişafının yeni mərhələsi”mövzusuna həsr olunmuş elmi praktik konfransda ATİ-nin doktorantura, magistratura, əlavə təhsil şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəsirulla Nəsirli “Naxçıvan Muxtar Respublikasında müalicə-sağlamlıq turizminin inkişafı istiqamətləri” mövzusundakı çıxışında bu faktları xüsusi vurğuladı: “Müalicə sağlamlaşdırma və bərpa turizmi məqsədilə xarici ölkələrə səyahət edən azərbaycan vətəndaşlarının sayı 2012-ci ildə 116498 nəfər, Azərbaycana gələnlərin sayı isə 42124 nəfər olmuşdur. Həm iqli şəraitinə, həm də mineral su ehtiyatlarının sayına və tərkibinə görə Naxçıvan Muxtar Respublikasının ərazisi tamamilə kurort zonasıdır, yəni burada müalicə, profilaktika və bərpa üçün hər cür zəruri şərtlər mövcuddur. Bu şərtlərin reallığa çevrilməsi üçün mineral su mənbələri ərazisində sanatoriya infrastrukturu yaradılmalıdır. Naxçıvanda bu təcrübədən “Duzdağ” fizioterapiya, müalicə və bərpa mərkəzinin yaradılmasında istifadə edilmişdir. Naxçıvan MR-in ərazisinə daxil olan hər bir regionda, xüsusilə Şahbuz və Ordubad rayonlarında bu tipli müəssisələrin yaradılması regionların sosial-iqtisadi inkişafına, sahibkarlığın və miqrasiyanın qarşısının alınmasına, əlavə iş yerlərinin yaranmasına, kənd təsərrüfatı və qida sənayesinin intensive inkişafına, sosial məsələlərin uğurlu həllinə və s. təkan verə bilər. Ümumdünya Turizm Təşkilatının sərhədyanı turizmin, müalicə sağlamlaşdırma istiqamətinin, uşaq və gənclər turizminin inkişafı etdirilməsi xaricə turist axınının qarşısını almaqla bərabər, xaricdən respublikamıza turist axınına səbəb olar. Nəticədə büdcə gəlirlərinin daha da artmasına zəmin yaranar. “Naxçıvan MR-da mədəniyyətin və turizmin inkişafının yeni mərhələsi” mövzusuna həsr olunmuş elmi praktik konfransda Azərbaycan Milli Elmlər Akademiyası Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Ədalət Qasımov “Naxçıvan MSSR-in yaradılması tarixindən”, ATİ-nin İctimai fənlər kafedrasının müdiri, dosent İbrahim Əliyev “Azərbaycan tarixində Naxçıvan”, Turizm biznesi kafedrasının müdiri Bahadur Bilalov “Naxçıvan MR-da dini turizm: vəziyyəti və inkişaf perspektivləri”, Xidmət mühəndisliyi fakültəsinin dekanı Sevda Vəzirova “Naxçıvanın mineral sularının ölkənin sanatoriya-kurort potensialında yeri”, Sevil Kərimova “Naxçıvan memarlıq məktəbinin orta əsrlər Türkiyə arxitekturasına təsiri”, Vüsalə Məmmədova “Naxçıvan MR-in memarlıq irsi mədəni turizm obyekti kimi” və Qahirə Məmmədova “İslam mədəniyyətinin paytaxtı olacaq Naxçıvanda dini turizm abidələri” mövzusunda məruzə ilə çıxış etdilər. Elmi praktik konfransda Naxçıvanın turizm potensialının inkişafına dair irəli sürülən təkliflərin ümumiləşdirilib müvafiq qurumlara təqdim olunması, məruzələrin xüsusi buraxılışının çapa hazırlanması qərara alınıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı
14.02.2019
Binəqədi RİH yanında İctimai Şura Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info