Tikinti-abadlıq işləri Beyləqanı xeyli dəyişib
Tarix: 20.02.2014 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Beyləqanda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.Yığıncaq iştirakçıları əvvəlcə mədəniyyət evinin foyesində kənd təsərrüfatı və sənaye məhsullarından ibarət sərgi ilə tanış olmuş, rayonun sosial-iqtisadi inkişafını əks etdirən stendlərə baxıblar.
Rayon icra hakimiyyəti başçısı Vaqif Abdullayevin hesabat məruzəsində 2013-cü ildə Beyləqan rayonunun sosial-iqtisadi inkişafı istiqamətində qazanılmış nəticələr ətraflı təhlil olunub. Qeyd edilib ki, ötən il istehsal olunan məhsulların və əhaliyə göstərilən xidmətlərin həcmi 159,2 milyon manat təşkil edib. Bu, 2012-ci illə müqayisədə 2,4 faiz çoxdur. Məhsul buraxılışının adambaşına düşən miqdarı 1722,7 manata çatmışdır. 8,5 milyon manatlıq sənaye, 76,9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 39,5 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb. Əsas kapitala 45,4 milyon manat investisiya yönəldilmiş, 16,7 milyon manatlıq əsas fondlar istifadəyə verilib.
Diqqətə çatdırılıb ki, ötən il genişmiqyaslı yenidənqurma, tikinti-abadlıq işləri aparılmış, rayonun mənzərəsi xeyli dəyişib. Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun qalan 11 kilometr hissəsi yenidən qurulub, mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub, şəhər 6 nömrəli, Əmirzeyidli, Sarısu, Dünyamalılar kənd məktəbləri üçün yeni binalar, gənclər mərkəzi, şahmat məktəbi istifadəyə verilib. Heydər Əliyev adına parkda yenidənqurma işləri aparılıb, Beyləqan şəhərinin su təchizatının və kanalizasiya sisteminin, Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli, 6 mərtəbəli yaşayış binasının, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin, polis şöbəsinin, maliyyə idarəsinin, Dövlət Reyestr Xidmətinin 6 saylı ərazi idarəsinin yeni inzibati binalarının, şəhər 2 nömrəli uşaq bağçasının, toxum müfəttişliyi və aqrokimya laboratoriyasının, Şəfəq qəsəbəsi ərazisində hər birinin tutumu 5 min ton olan 4 taxıl anbarı kompleksinin tikintisi davam etdirilir.
Hesabat ilində, həmçinin Birinci Aşıqlı, Orta Əlinəzərli, Qəhrəmanlı, Bolsulu kənd və qəsəbələrində 4 ədəd subartezian quyusu qazılıb, 426,8 kilometr suvarma kanalları, 163 kollektor və dren şəbəkələri lildən təmizlənib. Milabad qəsəbəsində dren kollektorların qazılmasına başlanılıb.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində həyata keçirilmiş tədbirlərdən də danışılıb, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində xeyli iş görüldüyü bildirilib.
Məruzə və çıxışlarda 2013-cü ildə görülən işlər ətraflı müzakirə edilmiş, uğurlarla yanaşı, problemlərdən də bəhs olunmuş, onların həlli üçün təkliflər irəli sürülüb.
Prezident Administrasiyasının məsul işçisi Pənah Cahangirov, Milli Məclisin deputatları Çingiz Qənizadə və Ayaz Orucov yığıncaqda çıxış edərək 2013-cü ildə respublikamızda qazanılan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən söhbət açıblar.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info