Piratçılıq 2015-ci ildə dünya iqtisadiyyatına 1,7 trln. dollar zərər verəcək
Tarix: 20.02.2014 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Bakıda “İnternetdə müəllif hüquqları: perspektivlər və problemlər” mövzusunda beynəlxalq seminar keçirilib. Tədbir Müəllif Hüquqları Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən təşkil olunub. Beynəlxalq seminarda çıxış edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirdi ki, internetdə müəllif hüquqlarının qorunması, rəqəmli mühitdə müəllif hüquqlarının təminatı, internet təhlükəsizliyinin təmin edilməsi çox vacib məsələlərdəndir. Onun sözlərinə görə, XXI əsrdə müəlliflik hüququ ilə qorunan obyektlərin internetə miqrasiyası daha intensiv xarakter daşıyır və həmin obyektlərdən virtual şəbəkədə istifadənin həcmi getdikcə artır: “Bu gün dünya miqyasında istifadəçilərin mobil qrafikinin 59%-i video ilə bağlıdır. 151 milyona yaxın insan “Google”-da videoya baxır. Hazırda “Youtube” sisteminə yüklənən video-xəbərlərin həcmi 2,5mln/saat təşkil edir. Hər gün “Facebook”a daxil olan yeni fotoşəkillərin sayı 5 mlrd-ı keçir. Beynəlxalq Ticarət Palatası da həyəcan təbili çalaraq bildirir ki, piratçılığa və kontrafaksiyaya qarşı radikal tədbirlər görülməsə, 2015-ci ildə dünya iqtisadiyyatına 1,7 trln. dollardan çox zərər dəyəcək. Bu da hər il 2,5 mln. iş yerinin itirilməsi deməkdir. Rəqəmli şəbəkədə musiqili kontentin istifadəsi 95% piratçılıqla müşahidə olunur”.
Nazirlər Kabineti Aparatının elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıxov bildirib ki, bu tədbirin Azərbaycanda keçirilməsi internetdə müəlliflik hüquqlarının təminatı məsələlərinə ölkədə necə böyük əhəmiyyət verilməsinin, qazanılan uğurların və təcrübənin göstəricisidir: “Görülən bütün işlər piratçılığa qarşı mübarizədə də geniş imkanlar açıb. Azərbaycanda bu sahədə görülən işlər bütövlükdə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir”.
ÜƏMT-nin Keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr şöbəsinin Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə sektorunun müdiri xanım Saule Tlevlessova Azərbaycanın yalnız müəlliflik hüquqları sahəsində deyil, ümumilikdə böyük inkişafa nail olduğunu bildirib. Onun sözlərinə görə, internetdə müəllif hüquqlarının qorunması bütün dünyada aktual məsələlərdəndir: “Azərbaycanda bu sahədə qanunvericilik yüksək səviyyədə təşkil edilib. Hər bir təşkilat öz səviyyəsində bu sahədə iş aparmalıdır. Müəlliflərin öz əqli mülkiyyətlərinə görə qonorarlarını ala bilməmələri bütün dünyada problemli bir məsələdir”.
Beynəlxalq təşkilatın nümayəndəsi bu məsələ ilə bağlı bir sıra təkliflər verib. O, əqli mülkiyyət hüquqları ilə bağlı bütün ölkələrdə milli strategiyanın qəbul olunmasının vacibliyini qeyd edib. S.Tlevlessovanın sözlərinə görə, orta və ali təhsil müəssisələrində əqli mülkiyyət ilə bağlı fənnin tədris edilməsi də əhəmiyyətlidir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info