Müəllif hüquqları ilə bağlı Milli Strategiya təqdim olunacaq
Tarix: 20.02.2014 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov jurnalistlərə açıqlamasında bildirib ki, bu gün dünyada internetin açıqlığı, istifadəçilərin rəqəmlənmiş əsərlərə əlçatımlığının təmin edilməsi, digər tərəfdən müəlliflərin və hüquq sahiblərinin hüquqlarının qorunması müəyyən bir ziddiyyət təşkil edir: “Bu da maraqların toqquşması, hüquqların pozulmasına səbəb olur”. Onun sözlərinə görə, bunların hamısını bir məxrəcə gətirmək üçün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı bütün üzv dövlətlərə müraciət edib və bildirilib ki, hər bir dövlət öz səviyyəsində milli-qanunvericilik bazası əsasında layihələr təqdim etsin. K.İmanov qeyd edib ki, Azərbaycan da belə bir layihəni beynəlxalq təşkilata təqdim edəcək: “Layihənin əsas məqsədi ondan ibarətdir ki, qanunvericilik və idarəetmə sistemi vasitəsilə rəqəmli şəbəkədə hüquqlar qorunsun. Bu istiqamətdə dünyada 3 variant var. Birinci variant ondan ibarətdir ki, internetdən müəlliflik hüququ götürülsün və yalnız müəllifə istinadla əsərlərdən sərbəst istifadə olunsun. İkinci varianta əsasən, internetdə müəlliflik hüquqları ilə obyektlər sərbəst istifadə edilsinlər, lakin bu proses müəllifə müəyyən mükafatın verilməsi ilə icra olunsun. Üçüncü variant isə odur ki, qanunvericilik sərtləşdirilsin və istifadəçilərin hüquqları bir az sıxılsın. Azərbaycan bu 3 variant arasında öz təkliflərini irəli sürəcək. İnterneti idarə etmək üçün Azərbaycan əsas ikinci varianta üstünlük verəcək. Belə ki, internetdəki əsərlərdən icazə almadan istifadə ediləcək, lakin hüquq sahibi və ya müəllifə qonorar və mükafatlar ödəniləcək”.
Azərbaycan müəllif hüquqları ilə bağlı Milli Strategiyanın hazırlanması məsələsinə gəlincə, K. İmanov qeyd edib ki, bu beynəlxalq təşkilatlarla birgə hazırlanmalıdır: “Düşünürəm ki, 2014-cü ildə belə bir strategiya ümumiləşdirilmiş şəkildə hazırlanaraq təqdim olunacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Əli Abdalov Mehman Hüseynovla barışıb
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info