Ərzaq təhlükəsizliyi ilə bağlı strategiyanın hazırlanması təklif olunur
Tarix: 20.02.2014 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Azərbaycan üçün kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi çox önəmli məsələdir və dövlət aqrar sektora ciddi dəstək verir. Bunu bu gün Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (ƏKTT) və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatçılığı ilə Bakıda keçirilən Aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb olunması üzrə Yüksək Səviyyəli Forumda Azərbaycan Prezident Administrasiyası aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov bildirib. Onun sözlərinə görə, bu sahəyə böyük investisiyalar yatırılır: «Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondunun kreditlərinin 65-70%-i kənd təsərrüfatına yönəldilib. Mineral gübrələrin 50%-i, cins mal-qaranın kəndliyə satılması dövlət tərəfindən həyata keçirilir. Kəndlilərə dövlət tərəfindən subsidiyalar verilir». A.Əmiraslanov deyib ki, ölkənin əsas vəzifələrindən biri kənd təsərrüfatı torpaqlarından düzgün istifadə edilməsi, kənd təsərrüfatında məhsuldarlığın artırılmasıdır: «Bu gün aqrar siyasəti həyata keçirən qurumlar qarşısında dövlət başçısının tapşırığı var. Bu işin fundamental tələblərindən biri elektron kənd təsərrüfatının həyata keçirilməsi, kadr potensialının gücləndirilməsidir. Elektron kənd təsərrüfatının yaradılması ilə torpaqların elektron qeydiyyatını həyata keçiriləcək». Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsi Azərbaycanda əsas məsələlərdən biridir: «Əsas diqqətimiz ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, qidanın təhlükəsiz olmasıdır ki, bu da bu sahəyə ciddi nəzarətin olmasını, bu isə yeni strategiyanın hazırlanmasını tələb edir». A.Əmiraslanov deyib ki, dövlət fermerlərə dəstək verir və bu, humanitar yardım deyil: «Fermerlər yardımın bölüşdürülməsinə görə məsuliyyət daşıyırlar. Məhsul-pul zənciri prinsipini əsas götürürük. Düşünür ki, bu aqrar siyasəti və kənd təsərrüfatının effektivliyini təmin edəcək. Bu gün bütün dünyada kənd təsərrüfatında ərzaq zənciri sahəsində müəyyən problemlər var və heç bir ölkə bu problemi həll edə bilmir». Şöbə müdiri vurğulayıb ki, bu gün ölkədə ərzaq bazarına birbaşa müdaxilə yoxdur: «Kənd təsərrüfatı məhsullarının satış kanallarında çoxsaylı həlqələr mövcuddur. Düşünürəm ki, bu sahədə müəyyən yeniliklər həyata keçirilməlidir. Aqro-ərzaq zəncirinə kənd təsərrüfatı məhsulunun istehsalı, emalı, satışı və saxlanması prosesləri daxildir. Bu da dövlət tərəfindən tənzimlənməlidir və səmərəlilik təmin olunmalıdır». Sonda A.Əmiraslanov bildirib ki, bu gün Bakıda və regionlarda qiymət fərqi fermerlər arasında narazılıq yaradır. Bu baxımdan bazarın ədalətli təşkili olduqca əhəmiyyətli məsələdir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info