Abşeronda üç gün ərzində 13 mindən çox sakin tibbi müayinədən keçib
Tarix: 20.02.2014 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq Abşeron rayonunda da yüksək səviyyədə icra olunur. Bu məqsədlə rayonda yaradılmış komissiyanın sədri, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova bildirib ki, tibbi müayinə Xırdalan şəhər mərkəzi poliklinikasında, şəhər uşaq poliklinikasında, Saray qəsəbə xəstəxanasında, Mehdiabad qəsəbə həkim ambulatoriyasında həyata keçirilir.
Komissiyanın sədri qeyd edib ki, əhalinin tibbi müayinəsinin effektiv və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə kompleks tədbirlər görülüb, dəqiq qrafik tutulub. Bütün idarə və müəssisələrdə çalışan insanlar bu qrafikə əsasən müayinə olunurlar. Qabaqcadan görülmüş hazırlıq işlərinin nəticəsidir ki, artıq ötən 3 gün ərzində 13076 sakin tibbi müayinədən keçib, sağlamlıqları haqqında məlumat əldə ediblər. Rayon sakini Yavər Əhədov bu nəcib aksiyanı yüksək qiymətləndirərək dyib ki, müayinənin təşkilindən çox razıdır. Həkimlər onu hərtərəfli, dəqiq müayinə edib, lazımınca diqqət göstəriblər. Müşahidələr göstərir ki, rayonun tibb müəssisələrində müayinə üçün hər cür şərait yaradılıb, həkim briqadaları müasir tibbi avadanlıqla təchiz edilib. Təcrübəli həkim və tibb işçiləri qrafik əsasında qəbula gələn insanları hərtərəfli müayinədən keçirir, onlara məsləhətlər verilir, ehtiyac duyulduqda xəstələr müalicəyə cəlb olunurlar.
Sakinlər də öz növbəsində bu aksiyadan olduqca məmnundur və göstərilən qayğıya görə dövlət başçısına minnətdarıqlarını bildirirlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info