Nərimanov rayonunda 170 min sakin pulsuz tibbi müayinədən faydalanacaq
Tarix: 20.02.2014 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsət almasına imkan yaradıb. Dövlət başçısının tapşırığı ilə bütün ölkə vətəndaşlarının fevralın 17-dən mayın 1-dək tibbi müayinələrə cəlb olunmaları bunun bariz nümunəsidir.
Əhalinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası respublikamızın hər yerində olduğu kimi, Bakının Nərimanov rayonunda da uğurla davam etdirilir.
Rayondakı 8 nömrəli şəhər poliklinikasında sakinlərin kütləvi dispanserizasiyasının mütəşəkkil qaydada keçirilməsi üçün əvvəlcədən ciddi hazırlıq işləri görülüb, lazımi şərait yaradılıb. Rayon sakinləri qrafik əsasında qeydiyyata düşür, sonra isə ən müasir avadanlıqlarla təchiz edilmiş həkim kabinetlərində tibbi yoxlamadan keçirlər.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bildirib ki, kampaniyanın yüksək səviyyədə aparılması üçün əvvəlcədən idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinə tapşırıqlar verilib. Ölkə başçısının tapşırığını təmin etmək məqsədi ilə rayon sakinləri tibbi müayinə barədə məlumatlandırılıblar. Görülən işlərin nəticəsidir ki, rayonda olan bütün səhiyyə müəssisələrində tibbi müayinələr uğurla aparılır. Fevralın 17-dən indiyədək poliklinikalarda artıq 5 min nəfərə yaxın rayon sakini pulsuz müayinə olunub. Mayın 1-dək isə 170 minə yaxın rayon sakini qrafik əsasında pulsuz tibbi müayinə kampaniyasından faydalanacaq. Rayon ərazisindəki tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında müayinələr aparır, həmçinin poliklinikaya gələ bilməyən yaşlı və əlil insanlara evlərində tibbi xidmət göstərirlər.
Nərimanov Rayon Gigiyena və Epidieomologiya Mərkəzinin direktoru Nurulla Məmmədov bildirib ki, kampaniyanın məqsədi xəstəliklərin vaxtında aşkarlanması və əhalinin sağlamlığının qorunmasıdır. Xəstəlik vaxtında aşkarlanarsa, onun qarşısını almaq da asan olar. Bu baxımdan dövlət başçısının bu humanist addımının böyük əhəmiyyəti var. O deyib ki, hazırda rayonun 6 poliklinikasında tibbi müayinələr aparılır. Rayon sakinləri müayinə olunmaq üçün poliklinikalara həvəslə gəlirlər. Müayinədən keçənlər poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq ediblər. Rayon sakinləri Aygün Məmmədova və Səriyyə Qurbanova onlara pulsuz müayinə olunmaq imkanı yaratdığına görə dövlət başçına minnətdarlıqlarını bildiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info