Sahibkarların investisiya layihələri güzəştlə maliyyələşdirilir
Tarix: 20.02.2014 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Samux rayonunun Lək kəndində keçirmişdir. Tədbirdə 80-ə yaxın sahibkar iştirak edib. Tədbirdə sahibkarlarla Samux rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və prioritet hesab olunan 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının, müasir çörək zavodunun, istixana və intensiv üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Tədbirdə çıxış edənlər Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulayıb, ölkənin digər bölgələrində olduğu kimi, Samuxda da quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin, yeni iş yerlərinin açıldığını bildiriblər. Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi vəziyyəti barədə məlumat verən Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov qeyd etmişdir ki, bu ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 511 investisiya layihəsinin maliyyələşdirilməsinə 13,1 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 1200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ümumilikdə isə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3664 investisiya layihəsinin maliyyələşdirilməsinə 134,5 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabrikinin, istixana təsərrüfatlarının, çörək zavodlarının, süfrə sularının, spirtli içkilərin istehsalı, meyvə-tərəvəz, süd emalı, ət kəsimi və emalı müəssisələrinin yaradılması layihələri maliyyələşdirilmişdir. Verilmiş kreditlər 20 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir. Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 42 sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, çörək istehsalı və digər sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 70-dən çox iş yerinin yaradılmasına imkan verir.
“Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində Samux rayonunun Sərkar kəndində güzəştli kredit ayrılmış müasir quşçuluq fabrikinin fəaliyyətinə baxış keçirilib.


İlkin




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24.05.2019
ABŞ-ın paytaxtında Trans-Xəzər regionu ilə bağlı strateji müzakirələr aparılıb
24.05.2019
“DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi təsdiqlənib
23.05.2019
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
23.05.2019
Qadın biznes inkubatorların yaradılması müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info