Avropa Təlim Fondu ilə əməkdaşlıq istiqamətləri müzakirə olunub
Tarix: 20.02.2014 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa Təlim Fondunun (ATF) Azərbaycan üzrə yeni meneceri Franka Krestanini və fondun nümayəndəsi Arjen Deiji qəbul edib. Görüşdə S.Müslümov vurğulayıb ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində sosial yönümlü, dünya təsərrüfat sisteminə inteqrasiya olunmuş milli iqtisadiyyatımız formalaşıb. “Qazanılmış uğurların daha da möhkəmləndirilməsi, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafının sürətlənməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması nəticəsində ölkədə yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb, eyni zamanda, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib”- deyən nazir ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı çərçivəsində icra olunan layihələrin də Azərbaycanda əmək və sosial müdafiə sahəsində mütərəqqi islahatların aparılmasında mühüm əhəmiyyət daşıdığını bildirib.
Avropa İttifaqının bir agentliyi kimi fəaliyyət göstərən ATF-nun Şərq Tərəfdaşlığı ölkələrində, o cümlədən Azərbaycanda uğurlu iş təcrübəsinə malik olduğunu qeyd edən S.Müslümov Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər aidiyyəti qurumlar, sosial tərəfdaşlar və biznes cəmiyyətinin nümayəndələri ilə sıx əməkdaşlığının ölkədə peşə təlimi sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması sahəsində aparılan islahatlar üçün önəmli dəstək olduğunu deyib. Nazir bildirib ki, ölkənin iqtisadi tərəqqisinə, müasir texnologiyaların daim genişlənən tətbiqi proseslərinə uyğun olaraq əmək potensialının keyfiyyətcə yüksədilməsi və işçi qüvvəsinin rəqabətqabiliyyətinin əmək bazarının tələbləri səviyyəsinə çatdırılması əsas prioritetlərdən biridir. “Aktiv əmək bazarı proqramlarının təkmilləşdirilməsi, 200 peşə standartının və uyğun təlim standartlarının, onların əsasında 52 peşəyönümü profil və 43 modul təlim proqramının hazırlanması üzrə işlər aparılıb. Hazırda isə həmin standartlar əsasında vətəndaşların peşə səriştələrinin yüksəlməsini təmin etmək üçün Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması nəzərdə tutulur”. Nazir bu sahədə aparılan işlərdə, ümumən peşə təliminin real iqtisadiyyata cavab verəcək səviyyədə qurulmasında ATF-in institisional dəstəyinin dəyərli olduğunu qeyd edib və əldə edilmiş müsbət təcrübə əsasında əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Görüşdə əmək bazarının peşə təhsili və təlimi sisteminə olan tələblərinin iqtisadiyyatın sahələrinin daha geniş şəkildə əhatə olunması ilə müəyyənləşdirilməsi, Milli İxtisas Çərçivəsinə müvafiq olaraq Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması üzrə məsləhətləşmələrlə əlaqədar gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info