Xədicə İsmayılovanın “mesaj”ı
Tarix: 20.02.2014 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Mais Güləliyev: “Müxalifət partiyaları bir-birinə qarşı kampaniya aparırlar və bu məsələdə ondan da istifadə etdilər”

“Xədicənin siyahısı” cəmiyyətdə rezonans doğursa da, hələ də bu siyahıya ümumiyyətlə, bu qalmaqalın ortaya çıxmasından sonra və əvvəl cərəyan edən siyasi olaylara adi yanaşanlar var. Əslində isə məsələnin mahiyyəti başqadır. Diqqətlə araşdırsaq görərik ki, bu olaylarda “yanan” jurnalist prosesləri xoşlamadığı müxalifət qüvvələrinə tərəf yönəltməyə çalışır. Əlbəttə ki, o bu məsələdə hansısa tapşırıqlarla oturub-durur. Təsadüfi deyil ki, o, hesabata aqressiv münasibət göstərdiyi İsa Qəmbəri və onun yaxın çevrəsini salıb. Birinci sənəd qalmaqalında - Xədicə İsmayılovanın xarici xüsusi xidmət orqanlarına hesabat kimi təqdim etdiyi siyahıya baxanda aşkar şəkildə görünür ki, Əli Kərimlinin adı keçmədiyi bu sənəddə jurnalist daha çox müsavatçılar və konkret olaraq İsa Qəmbərin xoşlamadığı hətta bir qədər də düşmən mövqeyində durduğu müxalifətçilərin üzərinə gedib. Onları daha çox ifşa etməyə çalışıb. Sonradan ciddi qınaqlarla üzləşdiyini və “siyasi səhv” buraxdığını anlayan Xədicə İsmayılova qeyri-obyektiv olduğunun hesabatında belə göründüyünü anlayaraq yeni oyun oynamağa cəhd etdi. MTN sənədi olduğu iddia olunan məktubu ortaya atmaqla o, nümayiş etdirməyə çalışdı ki, sən demə, cəbhəçilərdən də satılan var imiş. Qısası, özünü çətin duruma salıb düşdüyü labirintdə çıxış yolu axtaran jurnalistin nə etmək istədiyi heç özünə də bəlli deyil.
Son günlərin ən çox söz açılan olayına çevrilən bu məsələyə Azərbaycan Yaşıllar Partiyasının (AYP) sədri Mais Güləliyev də özünəməxsus şəkildə reaksiya verib. “Palitra”ya verdiyi açıqlamada partiya sədri Xədicə İsmayılovanın düzgün yol tutmadığını bildirdi: “Öncə onu bildirim ki, Xədicə İsmayılovanın adının müəyyən proseslərdə hallanması təsadüfi yaranmadı. Bu jurnalist ABŞ-dan birbaşa maliyyələşən bir radionun rəhbərliyində olub, bu gün də orada aparıcı işçi sayılır. Ona görə də, o, gündəmdə müəyyən fikirləri idarə etmək üçün öz tapşırığını yerinə yetirir. Əslində onun verdiyi sənəddə qeyri-adi heç nə yox idi. Bu sensasiyalıq bir hesabat və ya qalmaqal deyildi. Məgər Azərbaycan cəmiyyəti bilmirdi ki, müxalifətin maliyyələşməsi xarici ölkələrdən idi? Bu partiyalara daxildən bir qəpik belə verilmirdisə, partiya rəhbərləri necə bahalı maşınlarda gəzirdilər? Onlar özlərindən başqa ən azı 15 ailənin, funksionerin saxlanılmasını da təmin edirdilər. Pul havanı sıxmaqla əmələ gəlmirdi axı. Deməli, onlar xaricdən maliyyələşirdilər. Bu aydın məsələ idi. Xaricdən maliyyələşmənin qarşısını isə heç kim ala bilməzdi. Çünki istənilən xarici dövlətin səfirliyi partiya sədrini dəvət edib çay qonaqlığından sonra vəsait də verə bilər. Yaxud da xarici ölkələrdən birinə partiya nümayəndələrini konfrans adı ilə dəvət edib, elə orada da maliyyə ayırmaq olar. Hökumət bu məsələlərin qarşısını ala bilməz”.
Mais Güləliyev deyir ki, Xədicə İsmayılova sözügedən hesabatı ortaya atmaqla adı orada olmayanları şübhələrdən qurtarmaq cəhdi edir. Bu addımı belə də qiymətləndirmək olar: “Yəni, ABŞ-a guya göstərdilər ki, baxın, bunlar hökumətə işləyir, burada adı olmayanlara isə əsl müxalifət kimi gələcəkdə maliyyələr artırılsın. Bu variant mümkündür. Amma bu da o qədər inandırıcı görünmür. Bu hesabatı təqdim etməyin heç yeri yox idi. Düzü, heç Xədicə İsmayılovanın “Amerika açmağına” da ehtiyac yox idi. Hər kəs gözəl görürdü ki, kim kimdir. Burada yeganə maraq kəsb edən məsələ ondan ibarət idi ki, Xədicə bu adamların maliyyələşməsi ilə bağlı ABŞ-a müəyyən mesajlar verdi. Yəni, sanki demək istədi ki, bunlara, adıçəkilən müxalifətçilərə verilən maliyyəni bir qədər azaltmaq lazımdır. Çünki onların hakimiyyətlə daha ciddi əlaqəsi var. Digərlərinə isə maliyyəni artırmaq lazımdır və bu qüvvələrə diqqət yönəldilməlidir. Çünki onlara gələcəkdə ümid edə bilərsiniz, onlar sizə daha yaxşı qulluq edərlər. Orada da aydın məsələdir ki, daha çox diqqət ayrılması məsləhət bilinən kimdir - söhbət AXCP-dən gedir və işarə də onun rəhbərinə vurulub. Qısası, gün kimi aydındır ki, müxalifət partiyaları hara və necə işləyir. Sadəcə olaraq burada müxalifət partiyaları bir-birinə qarşı kampaniyalar aparırlar və bu məsələdə jurnalistdən də istifadə etdilər. Onlar istəyirlər ki, kimisə aradan çıxarsınlar ki, “x” qədər maliyyəyə kimsə ortaq olmasın. Buna görə müxalifətdaxili çarpışmalar da güclənib və bu qüvvələr bir-birilərinə qarşı qarayaxmalar aparırlar. Amerikaya da göstərməyə çalışırlar ki, bu ölkədə güvəndiyi qüvvə kimi adı orada olmayanları qəbul etsin. Belə hallar ilk dəfə deyil ki, baş verir və sadəcə olaraq olaylara soyuqqanlı yanaşmaq lazımdır. Bir daha qeyd edirəm ki, əslində müxalifətin heç bir sirri açılmayıb və olan şeylər sadəcə ortalığa hesabat kimi atıldı. Bu, müxalifətin fəaliyyətinin mahiyyətidir, sirr də sayılmır. Onlar hakimiyyətə gəlmək üçün hər şey etməyə hazırdırlar. Müxalifət lazım gələndə Azərbaycanın düşmənləri ilə belə, əlaqə saxlamağa can atarr. “Təki hakimiyyətə gələk, sonrasına baxarıq” prinsipi ilə hərəkət edirlər”.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Koreyada “Azərbaycan dərsi” keçirilib
19.08.2019
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19.08.2019
Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır
18.08.2019
Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
16.08.2019
Prezident Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info