Azərbaycanlı gənc beynəlxalq təşkilatın vitse-prezidenti seçilib
Tarix: 20.02.2014 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri ICAPP Gənclər Qolunun birinci vitse-prezidenti seçilib. Dünya Azərbaycanlı Gənclər Birliyindən verilən məlumata görə, Birliyin sədri, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Gənclər Qolunun Malayziyada keçirilən İdarə heyətinin iclasında iştirak edib və səsvermə nəticəsində qurumun birinci vitse-prezidenti seçilib. Malayziyaya səfər çərçivəsində R.Məmmədov, həmçinin bu ölkənin hökumətinin naziri, ICAPP Gənclər Qolunun sədri Dato Şeridan Kassim ilə görüşüb. Görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin gələcək perspektivləri, bu istiqamətdə gənclərin rolu, Azərbaycanın regionda və dünyada artan nüfuzu və təsir imkanları və s. məsələlər haqqında geniş fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, hazırda 52 ölkədən 340-dan artıq siyasi partiyanın cəmləşdiyi ICAPP 2000-ci ildə yaradılıb. Qitənin ən nüfuzlu təşkilatının yaradılmasında əsas məqsəd Asiya regionunun müxtəlif partiyaları və müstəqil qurumları arasında dialoq və əlaqələndirmə forumu funksiyasını yerinə yetirməkdir. Təşkilatın Daimi Komitəsinin 22 üzvündən biri olan YAP qurumun işlərində fəal iştirak edir.
ICAPP-ın Daimi Komitəsinin 18-ci iclası, təşkilatın 7-ci Baş Assambleyasının və qurumun Qadınlar Qolunun ilk iclası Bakı şəhərində təşkil olunub. Bundan başqa, YAP Gənclər Birliyi 2013-cü ilin avqust ayında ICAPP-ın Gənclər Qolunun II Forumuna ev sahibliyi edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info