“Azərbaycan Dəmir Yolları“ da məşhur aksiyaya qoşuldu
Tarix: 20.02.2014 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivi "Hər kağızı bir yarpağa dəyişək" aksiyasına qoşulub. QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, artıq istifadə olunmuş kağızları toplanmasına başlanılıb. Məlumat üçün deyək ki, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin, "ASAN xidmət" və "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı ilə "Hər kağızı bir yarpağa dəyişək" adlı birgə layihəyə start verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Bİrliyinin təşəbbüsü ilə baş tutan layihə "Təbiətin qorunması üçün 10 mesaj" devizi ilə həyata keçirilir. Layihə çərçivəsində dövlət qurumları, özəl təşkilatlar və ya sadə vətəndaşlar istifadə olunmuş kağızları Bakı şəhərindəki "ASAN xidmət" mərkəzlərinin qarşısında quraşdırılacaq məntəqələrə təhvil verir. Burada təhvil verilmiş kağızlar xüsusi konteynerlərdə toplanılır və onların qeydiyyatı aparılır. Təhvil verilmiş hər 50 kq kağız qarşılığında bir ədəd ağac alınacaq. Ağaclar kağız təhvil verən qurumların iştirakı ilə Bakı şəhəri ərazisində əkiləcək.
Layihənin həyata keçirilməsində əsas məqsəd ekoloji problemlərlə mübarizədə cəmiyyətin bütün təbəqələrinin iştirakını təmin etmək və onları bu işə cəlb etmək, real ekoloji layihələr vasitəsilə insanlar arasında maarifləndirmə işini effektiv şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədilə tullantıların düzgün istifadəsini təşkil etməkdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info