“The Diplomat”: “Zəiflər müharibəni necə udurlar: Çin variantı”
Tarix: 20.02.2014 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


“Əgər Çin öz maraqlarını ətraf sular və hava məkanı ilə
məhdudlaşdırsa, bu barədə uğura nail ola bilər”


Yaponiyanın "The Diplomat" media orqanında Ceyms Holms ABŞ-Çin hərbi rəqabəti barəsində maraqlı bir yazı yazıb. Yazı müəllifi yazır: “Admiral Foqto mənim qarşımda mümkün olmayan bir tapşırıq qoydu: 5-7 dəqiqəyə ABŞ-ın Çinlə bağlı strateji çağırışlarının cizgisini
vermək.

Əlbəttə, bunu tamamilə cizgiləndirmək məndə alınmayacaq, mən yalnız Çinin Amerika və onun Asiyadakı müttəfiqləri üzərində hazırkı strateji qarşıdurmada necə üstünlük əldə edə biləcəyi ilə bağlı bir neçə variantla məhdudlaşa bilərəm. Asiya üzrə mütəxəssislər bəzən qeyd edirlər ki, Çin ABŞ və onun müttəfiqləri ilə hərbi gücdə müqayisə edilə bilməz. Onlar Çin texnikasını göstərərək deyirlər ki, bu texnika ABŞ texnikasından on illərlə geridədir. Başqaları isə maliyyə arqumentləri gətirirlər. Əgər ABŞ xərclərə görə növbəti bir neçə ölkəni də qabaqlayırsa, onda gələcəkdə də o, həmişə öndə və birinci olacaq.
Mən də etiraf edirəm ki, bütün bunlar həqiqətdir, amma bunun işə dəxli yoxdur. Hələ strateji nəzəriyyələrin atası Karl fon Klauzeviç daha zəif rəqibin daha güclüsü üzərində üstünlük qazanmasının üç müxtəlif üsulu barədə yazıb. Bu üsullar isə demək olar ki, güc tətbiq etməmək yolu və qlobal və regional nizamı pozmamaqla yerinə yetirilir.
Birincisi, elə etmək olar ki, düşmən mübarizəni davam etdirmək iqtidarında olmasın. Əgər onun ordusunu sıradan çıxarmaq və ya rejimini devirmək istəyirsənsə, ona özünün şərtlərini diktə etmək lazım gələcək. Əlbəttə, Pekin çətin ki, savaşmaq istəyəcək. Biz tez-tez deyirik ki, asiyalılar döyüşsüz qalib gəlməyi xoşlayırlar, amma əslində heç bir sağlamfikirli hakimiyyət hərbi konfliktləri sevmir. Müharibələri kimsə sevmir. Bunun üçün Çinə dənizə yetərincə güc yığmaq lazım gələcək ki, müttəfiqlərin ona qarşı çıxa biləcəyi ən böyük qitəni dağıtsın. Amma diqqət yetirin: Çin ordusu dünyanın müxtəlif hissələrinə səpələnmiş və müxtəlif fəaliyyətlərlə yüklənən ABŞ hərbi qüvvələrinin buradakı kiçik hissələrindən birinə diqqəti cəmləyə və bununla da üstünlük qazana bilər. Bu o deməkdir ki, Çin ordusu, ümumilikdə zəif olmasına baxmayaraq, harda önəmlidirsə, orada üstünlük qazana bilər”.
Daha sonra mövzu barəsində belə qeyd edilir: “Bizim öz tariximizdə də analoji presedent tapmaq olar. Britaniyanı Karib hövzəsi ilə birləşdirən amerikan donanması 1812-ci ildəki müharibədə Medissonu böyük diplomatik üstünlüklə təmin edə və hətta, konfliktə səbəb ola bilərdi. Bununla bağlı olaraq 19-20-ci əsrlərdə Mexen Birləşmiş Ştatları əmin etmişdi ki, Karib dənizi və Meksika körfəsini nəzarətə götürmək lazımdır. ABŞ belə də etmişdi. Məlum olmuşdu ki, sularda önəmli əhəmiyyət kəsb edən lokal hegemonluq kiçik flota görə əlçatan imiş. Bir əsr öncə ABŞ-ın həyata keçirdiyi bu işi indi də çağdaş Çin reallaşdıra bilər. Əgər Çin öz maraqlarını ətraf sular və hava məkanı ilə məhdudlaşdırsa, bu barədə uğura nail ola bilər. Həmçinin Çin bu suları təkcə flotla yox, eyni zamanda kontinental Çinin sahilində gəmi əleyhinə raketlər və aviasiya vasitəsilə də müdafiə edə bilər”. Qeyd edilir ki, bu baxımdan Çin üçün hərtərəfli dəniz strategiyası karagələndir: “Klauzeviçin fikrincə, ikincisi, qələbə üçün rəqibə kifayət qədər təsir və təlqin etmək lazımdır ki, o, uğur qazana bilməsin. Yəni düşmən elə edə bilər ki, bu, bizim istədiyimiz olsun, yaxud elə bir şeydən vaz keçə bilər ki, buna onu biz inandırmışıq.
Üçüncüsü isə üstünlüyü saxlamaq üçün rəqibi inandırmaq lazımdır ki, əgər o, qələbə qazansa belə, qələbə ona çox baha otura bilər. Klauzeviçin fikrincə, siyasi obyektin dəyəri aydınlaşdırır ki, savaşan tərəf nə qədər güc və vaxt itirməyə hazırdır ki, ona yiyələnsin. Bu isə ona yiyələnmək üçün nə qədər can, pul və digər resurslar itirmək anlamına gəlir. Obyektin dəyəri - elə bir dəyərdir ki, biz öz məqsədimizə nail olmaq üçün ödəməyə hazırıq”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info