Nurlan Niqmatulin: “Azərbaycan Qazaxıstanın strateji tərəfdaşıdır”
Tarix: 20.02.2014 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Azərbaycan Respublikası Milli Məclisində olub. Nurlan Niqmatulin Milli Məclisin inzibati binası, iclas zalı və Heydər Əliyev Xatirə zalı ilə tanış olub. Xatirə zalında ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı fotoşəkillər, eksponatlar Qazaxıstan Parlamenti Məclisinin sədrində dərin təəssürat doğurub.
Nurlan Niqmatulin Xatirə kitabına ürək sözlərini yazıb. Sonra Milli Məclisin sədri Oqtay Əsədov və Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin görüşü olub. Oqtay Əsədov bildirib ki, belə yüksək səviyyəli səfərlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələri təcəssüm etdirir. Oqtay Əsədov əmin olduğunu bildirib ki, Qazaxıstan Parlamenti Məclisi sədrinin Bakıya səfəri əlaqələrimizin daha da inkişafına töhfə verəcək. Azərbaycan-Qazaxıstan münasibətlərindən danışan Oqtay Əsədov deyib ki, iki ölkə arasındakı münasibətlər dərin köklərə malikdir. Xalqlarımız arasında əlaqələr hər zaman dostluğa söykənib. Diqqətə çatdırılıb ki, ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra böyük inkişaf yolu keçib, əlaqələrimiz daha yüksək səviyyəyə çatıb. Hazırda Azərbaycan ilə Qazaxıstan arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir. Azərbaycan-Qazaxıstan hökumətlərarası iqtisadi komissiyasının fəaliyyəti təqdirəlayiqdir. Parlament Məclisinin sədri Nurlan Niqmatulin Azərbaycanın və Qazaxıstanın dost və qardaş ölkələr olduğunu bildirib. Qeyd edilib ki, iki ölkə arasında münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub: “Bu gün bu əlaqələr dövlətlərimizin başçıları tərəfindən daha da inkişaf etdirilir”. Azərbaycanın və Qazaxıstanın strateji tərəfdaşlar olduğunu deyən Nurlan Niqmatulin əminliklə bildirib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanmış sənədlər əməkdaşlığın gələcəkdə daha da inkişafına töhfəsini verəcək. Qonaq, ölkələrimizin regional və beynəlxalq əməkdaşlığını yüksək qiymətləndirib, Azərbaycanın ötən il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi göstərdiyi uğurlu fəaliyyətinə görə təbriklərini çatdırıb. Həmçinin bu qurumda Azərbaycanın Qazaxıstana göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. O, Beynəlxalq Katibliyi Bakıda yerləşən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) fəaliyyətinin genişləndirilməsi üçün Azərbaycanın göstərdiyi dəstəyi də xüsusi vurğulayıb. Qonaq hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Sonra Azərbaycan Milli Məclisi ilə Qazaxıstan Respublikası Parlamenti Məclisi arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Milli Məclisin sədri Oqtay Əsədov və Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin imzalayıblar. Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info