Bolqarıstanın Baş naziri BSU-da olub
Tarix: 20.02.2014 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Azərbaycana rəsmi səfəri çərçivəsində Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Slavyan Universitetində (BSU) olub.
Universitetin rektoru, professor Kamal Abdulla rəhbərlik etdiyi ali təhsil ocağının tarixi, strukturu, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Bildirilib ki, universitetdə Bolqar dili və Bolqarşünaslıq ixtisasları üzrə mütəxəssislər hazırlanır və 2007-ci ildən bəri Beynəlxalq münasibətlər fakültəsində ikinci ixtisası bolqar dili olan 14 tələbə məzun olub. Professor K.Abdulla Sofiya Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin, BSU-dakı Bolqar Dili və Mədəniyyəti Mərkəzinin dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycana rəsmi səfəri çərçivəsində Bakı Slavyan Universitetində olmağından məmnunluğunu ifadə edən Bolqarıstanın Baş naziri Plamen Oreşarski burada bolqar dilinin tədrisi ilə fəxr etdiyini vurğulayıb. Görüşdə, həmçinin azərbaycanlı tələbələrin Bolqarıstanda təcrübə keçməsi barədə fikir mübadiləsi aparılıb. Sonda BSU-nun rektoru K.Abdulla Bolqarıstan rəsmisinə xatirə hədiyyəsi təqdim edib. Daha sonra Bolqarıstanın Baş naziri universitetdə fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzi ilə tanış olub. Qonağa ətraflı məlumat verən universitetin dosenti Solmaz Süleymanova bildirib ki, mərkəz 2004-cü il oktyabrın 7-də yaradılıb. Mərkəzdə, həmçinin Bolqarıstandan BSU-ya gələn qonaqlar barədə elektron təqdimat nümayiş olunub, tələbələr bolqar dilində mahnı oxuyublar. Baş nazir Plamen Oreşarski mərkəzə bolqar dilində bədii ədəbiyyat hədiyyə edib. Burada yaradılmış şəraiti yüksək qiymətləndirən Baş nazir xatirə kitabına ürək sözlərini yazıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info