Senatda Azərbaycana aid qətnamə yekdilliklə qəbul edilib
Tarix: 21.02.2014 | Saat: 14:12:00 | E-mail | Çapa göndər


ABŞ-ın Arkanzas ştatının senatı tərəfindən "Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü və onun ABŞ-la strateji tərəfdaşlığının dəstəklənməsinə çağıran Qətnamə" yekdilliklə qəbul edilib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin yaydığı məlumata görə, qətnamədə ABŞ tərəfindən Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi, ölkəmizin Amerikanın regionda mühüm strateji tərəfdaşı olduğu vurğulanır. Burada enerji təhlükəsizliyi, terrorçuluğa, narkotiklərin qeyri-qanuni dövriyyəsinə və insan alverinə qarşı mübarizə və kütləvi qırğın silahlarının yayılmaması sahələrində ölkəmizlə ABŞ arasında həyata keçirilən əməkdaşlıq yüksək qiymətləndirilir.
Sənəddə həmçinin Azərbaycanın iqtisadi sahədə imza atdığı uğurlar və regionda Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi vacib irimiqyaslı layihələrin həyata keçirilməsində ölkəmizin aparıcı rolu qeyd edilir.
Qətnamədə Cənubi Qafqaz regionunda həll olunmamış qalan münaqişələrin Azərbaycanda sülh və sabitliyə zərər etməsinə imkan verilməməsinin vacibliyi qeyd olunaraq NATO, BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan Respublikasının suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün tanınması xüsusilə vurğulanır.
Qeyd etmək lazımdır ki, 2013-cü ildə Arkanzas ştatı qanunverici orqanının hər iki palatası tərəfindən Xocalı qətliamının 21-ci ildönümünə həsr olunmuş qətnamələr qəbul edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info