Cəlilabad özünün inkişaf dövrünü yaşayır
Tarix: 21.02.2014 | Saat: 14:21:00 | E-mail | Çapa göndər


Cəlilabad Rayon İcra Hakimiyyətində 2013-cü ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclası keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Cəlilabadda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının sərgisi ilə tanış olmuş, rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş “Sürətli və dinamik inkişaf yolunda” sənədli filmə baxıblar.
Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov hesabat məruzəsi ilə çıxış edərək deyib ki, ötən il Cəlilabad rayonu üçün əlamətdar hadisələrlə zəngin olmuşdur. Bunlardan ən mühümü Azərbaycan Prezidenti İlham Əliyevin ötən il sentyabrın 4-də Cəlilabada növbəti səfəri olub.
2003-cü ildən sonra altıncı dəfə rayona səfər edən dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin yeni abidəsinin qoyulduğu parkda yenidənqurma işləri ilə tanış olub, 120 çarpayılıq rayon mərkəzi xəstəxanasının, 120 yerlik uşaq bağçasının, 34 kilometrlik Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun açılışında iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı rayonda görülən işləri yüksək qiymətləndirərək deyib: “Mən çox şadam ki, son illər ərzində Cəlilabad rayonu doğrudan da öz inkişaf dövrünü yaşayır. Rayon hərtərəfli inkişaf edir, bütün məsələlər öz həllini tapır. Deyə bilərəm ki, biz bütün müsbət meylləri Cəlilabad rayonunda görürük”.
Ölkə başçısının cəlilabadlıların əməyinə verdiyi bu qiymət rayon sakinlərinin qurub-yaratmaq əzmini artırıb.
Bildirilib ki, hesabat ilində rayon iqtisadiyyatının bütün sahələrində inkişaf təmin olunmuş, makroiqtisadi göstəricilər daha da artıb, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası təmin edilib.
Bu müddətdə Ulu Öndərin möhtəşəm abidəsinin ucaldıldığı Heydər Parkı əsaslı şəkildə yenidən qurulub, 120 çarpayılıq mərkəzi xəstəxana, habelə 120 yerlik uşaq bağçası, 640 şagird yerlik Cəlilabad şəhər 2 saylı, 480 şagird yerlik Sabirabad kənd 1 saylı, 180 şagird yerlik Soltankənd kənd, 80 şagird yerlik Zəhmətabad kənd, 360 şagird yerlik Həziabad kənd tam orta məktəblərinin tikintisi başa çatdırılıb. Cəlilabad şəhərində yeni Heydər Əliyev Mərkəzinin, Göytəpə şəhərində Ulu Öndərin abidəsinin ucaldılacağı Heydər Əliyev Parkının, mədəniyyət evinin, 220 şagird yerlik Məmmədrzalı və 180 şagird yerlik Cəfərli kənd məktəblərinin, Muğan kəndində 2 min tonluq soyuducu kameranın tikintisi isə davam etdirilir.
Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramına müvafiq olaraq Cəlilabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılıb.
Rayonun 14 yaşayış məntəqəsini birləşdirən 17 kilometrlik Cəlilabad-Hamarqışlaq-Sadatlı, 21 yaşayış məntəqəsini birləşdirən 34 kilometrlik Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yollarına tam, 45 kilometrlik Cəlilabad-Yardımlı avtomobil yolunun 30 kilometrinə asfalt döşənib.
Hazırda 23 yaşayış məntəqəsini əhatə edən 21,2 kilometrlik Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi davam etdirilir. Yaxın günlərdə isə 6 iri yaşayış məntəqəsini əhatə edən 22,4 kilometrlik Alar-Təzəkənd-Üçtəpə-Cəfərxanlı-Əliqasımlı avtomobil yolunun tikintisinə başlanılacaq.
Diqqətə çatdırılmışdır ki, ötən il rayonda 874 yeni iş yeri açılıb, bunun da 279-u daimidir.
Ötən il işçilərin orta aylıq əmək haqqı, eləcə də pərakəndə əmtəə dövriyyəsi 6,5, pullu xidmətlər 5,3, məişət xidməti 2,8 faiz artıb.
Rayonda sahibkarlara yaradılmış əlverişli şəraitin nəticəsidir ki, rayon üzrə istehsal olunan ümumi məhsulun 98 faizi özəl sektorun payına düşür.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illərə nisbətən artmış, nəzərdə tutulan tədbirlərin icrası təmin edilib.
İl ərzində ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən 2,9 dəfə, 2012-ci ilə nisbətən isə 26,4 faiz artıb. Rayon üzrə 5 milyon 219 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2003-cü ildəkindən 8,3 dəfə çoxdur.
Bu dövrdə rayon əhalisinin 82 faizinin məşğul olduğu aqrar bölmənin inkişafına xüsusi diqqət yetirilib, bitkiçilik və heyvandarlıq sahələrində uğurlu nəticələr əldə edilib. Ötən il rayonda 139 milyon 519 min manatlıq məhsul istehsal olunub, bunun da 90 milyon 546 min manatı və ya 47,0 faizi bitkiçiliyin, 102 milyon 973 min manatı və ya 53,0 faizi heyvandarlığın payına düşür.
Hesabat dövründə 65 min 550 hektar taxıl sahəsindən 127 min 487 ton taxıl tədarük edilib. Hər hektardan məhsuldarlıq 20,1 sentner olmuşdur.
Rayonda 82,8 min ton kartof, 9,3 min ton üzüm, 1,3 min ton tərəvəz, 1,4 min ton meyvə, 310 ton bostan və digər kənd təsərrüfatı məhsulları istehsal edilib.
Hazırda şəxsi təsərrüfatlarda 99 min başdan çox mal-qara, 122 min başdan çox davar saxlanılır. Ötən il 19,7 min ton ət, 77,5 min ton süd və 39,8 milyon ədəd yumurta istehsal olunub ki, bu da 2012-ci ildəkindən xeyli çoxdur. “Cəlilabad-broyler” ASC tərəfindən isə əhaliyə 4 min 632 ton yüksək keyfiyyətli quş əti satılıb.
Hesabat yığıncağında çıxış edənlər 2013-cü ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan, ətraflı söhbət açıblar.
Toplantıda Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Milli Məclisin deputatları Fəzail İbrahimli və Malik Həsənov iştirak ediblər.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info