“Gənc müəllimlərin internet resurslarından səmərəli istifadəsinin təbliği”
Tarix: 21.02.2014 | Saat: 14:44:00 | E-mail | Çapa göndər


Şəmkirdə “Gənc müəllimlərin internet resurslarından səmərəli istifadəsinin təbliği” mövzusunda layihəyə yekun vurulub.
Layihənin rəhbəri Sona Əliyeva deyib ki, gənc müəllimlərin informasiya-kommunikasiya texnologiyaları bacarıqlarının inkişaf etdirilməsi, təhsilyönümlü internet resurslarla tanışlıq, bu resurslardan səmərəli və istiqamətlənmiş formada istifadəyə nail olmaq məqsədi ilə həyata keçirilən layihədə rayonun 140 nəfərdən artıq gənc müəllimi iştirak edib.
Təlimlər zamanı dinləyicilərə elektron tədris resurslarının təsnifatı, səmərəliliyi, mənfi və müsbət tərəfləri, əhəmiyyəti, Azərbaycan elektron kitabxanaları, elektron tədris resursları ilə yanaşı, daha çox istifadə olunan onlayn testlər, müxtəlif beynəlxalq yarışmalarda iştirak etmək üçün qeydiyyat qaydaları və eləcə də orta məktəblərdə hazırlanan dərslərin formatları, virtual sinif otağının yaradılması haqqında ətraflı məlumat verilib.
Dinləyicilər beynəlxalq təcrübələrin, rus və ingilis dillərində olan tədris saytlarının yaradılması, təhsil sahəsində sosial şəbəkələrdən istifadənin mümkünlüyü ətrafında keçirilən müzakirələrdə fəal iştirak ediblər.
Təlimləri uğurla başa vuran gənc müəllimlərə sertifikatlar təqdim olunub.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info