Bu gün Beynəlxalq Ana Dili Günüdür
Tarix: 21.02.2014 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


UNESCO-nun baş direktoru İrina Bokova 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib.
Müraciətdə artıq 14 ildir UNESCO və onun həmkarlarının Beynəlxalq Ana Dili Gününü qeyd etdiyi diqqətə çatdırılır. Bildirilir ki, bu münasibətlə UNESCO tərəfindən linqvistik müxtəlifliyin və çoxdilliliyin əhəmiyyətini işıqlandırmaq üçün dünyanın bir çox yerlərində tədbirlər, konfranslar, konsertlər və seminarlar təşkil olunur.
Müraciətdə daha sonra deyilir: “Ana dillərin qorunması və təbliği qlobal vətəndaşlıq və həqiqi qarşılıqlı anlaşma üçün əsasdır. Bir dildən daha artıq dillərdə anlamaq və danışmaq dünyamızdakı qarşılıqlı mədəni əlaqələrin zənginliyinin daha çox dərk edilməsinə gətirib çıxarır. Yerli dilləri bilmək daha çox insanların səslərinin eşidilməsinə və onların öz ortaq talelərində fəal iştirak etmələrinə şərait yaradır. Bu səbəbdən də UNESCO bəşəriyyət tərəfindən danışılan 7000 dilin harmoniyalı mövcudluğuna şərait yaratmaq üçün hər cür səy göstərir.
Bu il biz dillərin biliyə, onun ötürülməsinə və plüralizminə necə yol açdığını göstərmək üçün “Qlobal vətəndaşlıq üçün yerli dillər: diqqətin elmə yönəldilməsi” mövzusuna xüsusi önəm veririk. Kütləvi təfəkkürün əksinə olaraq, yerli dillər riyaziyyatda, fizikada, texnologiyada və digər sahələrdə daha yeni elmi biliklərin ötürülməsi üçün mükəmməl vasitədir. Bu dillərin tanınması, həmçinin bizim ümumi bilik bazamızı zənginləşdirmək üçün çox tez-tez gözdən qaçan ənənəvi elmi biliyə açılan qapı deməkdir.
Yerli dillər elm sahəsində dünyamızın hər yerində danışılan dillərin böyük əksəriyyətini təşkil edir. Onlar həm də təhlükəyə məruzdurlar. Dillərin təcrid edilməsi həmin dildə danışan insanların əsas insan hüquqlarından tutmuş elmi biliklərə qədər bir çox hüquqlardan məhrum edilməsi deməkdir.
Bu baxımdan “qlobal kənddə” insanların yaxınlaşması mədəniyyətlərarası anlaşma və dialoq istiqamətində aparılan işləri daha da əhəmiyyətli edir. Bu günün dünyasında həm yerli, həm də qlobal səviyyələrdə kommunikasiya qurmaq üçün norma, bir yerli dil, daha geniş miqyasda bir kommunikasiya dili və bir beynəlxalq dil də daxil olmaqla ən azı üç dil bilməkdən ibarətdir. Bu linqvistik və mədəni müxtəliflik gələcəkdə yaradıcılıq, innovasiya və qaynayıb-qarışmaq üçün ən yaxşı şansımız ola bilər. Biz bunu boş yerə xərcləyə bilmərik”.
UNESCO-nun baş direktoru İrina Bokova müraciətini bu sözlərlə bitirir: “Beynəlxalq Ana Dili Günü on ildən çoxdur ki, daha geniş mənada, fikirlərin formalaşmasında, bütün cəmiyyətin həyatına və problemlərinin həllinə bizim töhfə vermək imkanımızın olduğu qlobal vətəndaşlığın qurulmasında dillərin oynadığı bir çox rolları işıqlandırmağa şərait yaradır. Mən bütün UNESCO-ya üzv dövlətləri, 2014-cü ildə bu günlə bağlı vətəndaş cəmiyyətində fəal olan Beynəlxalq La Francophonie Təşkilatını, maarifçiləri, mədəni assosiasiyaları və medianı sülh və davamlı inkişaf üçün bu linqvistik müxtəliflik vədini daha çox yerinə yetirməyə çağırıram”.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Şəki və Oğuzda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
15.09.2019
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14.09.2019
Masallıda peşə təmayüllü siniflər yaradılacaq
14.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14.09.2019
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info