Ötən il Zərdabda 100 milyon manatlığa yaxın məhsul istehsal edilib
Tarix: 21.02.2014 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


Zərdabda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.
Yığıncaqda rayon icra hakimiyyəti başçısının məruzəsi dinlənilmiş, məruzə ətrafında müzakirələr aparılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçən il respublikamızda sosial-iqtisadi sahələrdə qazanılmış uğurlardan söhbət açılıb və qeyd olunubki, bu nailiyyətlərdə zərdablıların da özünəməxsus payı var. Belə ki, 2013-cü ildə Zərdabda 99 milyon 882 min manatlıq ümumi məhsul istehsal edilib və bu əvvəlki ildəkindən 3 milyon 116 min manat çoxdur. Təkcə bitkiçilikdə 8048 ton artım əldə olunub. Heyvandarlıq məhsulları istehsalında xeyli artım var. Dövlət Proqramına uyğun olaraq təsərrüfatın qeyri-ənənəvi sahəsi olan balıqçılıq və arıçılıq da inkişaf etməkdədir. Ötən il Lələağacı kəndi ərazisində balıqçılıq təsərrüfatı yaradılmış, rayonda arı ailələrinin sayı 121 ədəd artaraq 472-yə çatdırılıb.
Məruzəçi qazanılan nailiyyətlərdə yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasının, suvarma suyu ilə təminatın yaxşılaşdırılmasının, aqroservis filialına yeni texnikanın gətirilməsinin, sahibkarlara hərtərəfli dəstək verilməsinin böyük rolu olduğu xüsusi vurğulayıb.
Qeyd olunub ki, hesabat ilində tikinti-quruculuq və abadlıq işləri də geniş vüsət almış, əhalinin təbii qaz, elektrik enerjisi və su təchizatının, yol infrastrukturunun yaxşılaşdırılması, səhiyyənin, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb. Zərdab-Əlvənd-Mollakənd avtomobil yolu əsaslı təmir edilib. Nazirlər Kabinetinin qərarı ilə ayrılmış 6 milyon 450 min manat vəsait hesabına Zərdab-Yuxarı Seyidlər-Silyəli avtomobil yolu yenidən qurulması da başa çatmaq üzrədir. Ötən il üç kənddə ümumilikdə 660 şagird yerlik yeni təhsil ocaqları istifadəyə verilib. Məmmədqasımlı kəndində sutkalıq istehsal gücü 50 ton olan yeni un dəyirmanının açılışı olub.
Yığıncaqda, habelə 2014-cü ildə sosial-iqtisadi sahədə qarşıda duran vəzifələr də ətraflı müzakirə edilmiş, bununla əlaqədar kompleks tədbirlər planı təsdiq olunub.
Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev və Milli Məclisin deputatı Jalə Əliyeva yığıncaqda çıxış ediblər.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Tümen vilayəti Azərbaycanla ikitərəfli sazişlər imzalamağı planlaşdırır
21.09.2018
2 mindən artıq insanı mövsümi işlə təmin edən müəssisə, ilk müasir kənd təsərrüfatı kompleksi
21.09.2018
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
21.09.2018
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
21.09.2018
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə iclas keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info