Gənclər üçün yeni imkan- Təcrübə Proqramı elan olunur
Tarix: 21.02.2014 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Azərbaycanın aparıcı gənclər təşkilatlarından biri olan DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi)gənclərin maarifləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. DVC aparıcı və ən kütləvi istiqamətlərindən biri olan Milli Debat Proqramı çərçivəsində gənclər üçün Təcrübə Proqramı elan edir. Təcrübə Proqramı müvafiq bilik və bacarıqları, eləcə də təşkilati təcrübəsi olan 16-29 yaş arası gənclərə böyük bir fəaliyyətin parçası olmağa, əvəzolunmaz təcrübəyə sahib olmağa yardımçı olacaq. Təcrübə Proqramı çərçivəsində gənclər könüllü olaraq müxtəlif fəaliyyətlərə cəlb olunacaq, onlar üçün ekspertlər tərəfindən təlimləndirmə həyata keçiriləcək. Təcrübə Proqramına qəbul olunmuş gənclərlə AR qanunvericiliyinə əsasən “Könüllü Fəaliyyət Haqqında” müqavilə bağlanacaq. Elan olunan Təcrübə Proqramı çərçivəsində “Təlim-Məşqçilərlə İş”, “Turnirlərin Təşkili”, “Mövzu üzərində İş”, “Bakı Debat Klubları Şurası” könüllü komandalarına qəbul elan olunur. Qeyd edək ki, hazırda Milli Debat Proqramı çərçivəsində 200-dən artıq könüllü fəaliyyət göstərir. Namizədlər 28 fevral 2014-cü il tarixinə kimi, “mövzu” bölməsində müraciət etdikləri istiqamətləri qeyd edərək CV (tərcümeyi-hal) malik.bagirov@dvc.az ünvanına göndərə bilərlər. Məlumat üçün qeyd edək ki, Milli Debat Proqramı artıq 15 ildir fəaliyyət göstərən proqramdır. Proqram çərçivəsində Respublika Gənclər Debat Forumları və müxtəlif səviyyəli digər tədbirlər təşkil olunur, təşkilatın 10 regional debat mərkəzinin və 30-a yaxın debat klubu koordinə edilir. Proqram özündə könüllü təşkilatçılar, hakimlər, məşqçilərdən ibarət 200-dən artıq şəxsin daxil olduğu komandaları birləşdirir.
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi öz fəaliyyətinə 1998-ci ildən başlayıb və 15 illik tarixi inkişaf yolu keçərək artıq Azərbaycanda gənc liderlərin yetişdirilməsinə öz tövhəsini verən bir qurum kimi çıxış edir. Təşkilatın missiyası, müxtəlif xidmətlərin göstərilməsi və gənclərin təşəbbüslərinin dəstəklənməsi vasitəsi ilə cəmiyyətin maarifləndirilməsidir. Təşkilat missiyası çərçivəsində tədbirlərin təşkili, korporativ sosial məsuliyyət layihələrinin icrası, dövlət və özəl qurumları tərəfindən verilən sosial sifarişlərin həyata keçirilməsi, gənclər və təhsil siyasəti sahəsində 15 illik təcrübəyə yiyələnib. Bu gün təşkilatın sosial xidmətlərindən yararlanan və təşəbbüsləri dəstəklənmiş şəxslərin sayı 30.000-dən artıqdır. Təşkilatın fəaliyyəti Azərbaycanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə edərək, 10 regional nümayəndəlik/mərkəzlər vasitəsi ilə həyata keçirilir. Təşkilat öz fəaliyyəti dövründə onlarla yerli biznes və beynəlxalq korporasiyalar, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edib. Təşkilat “Beynəlxalq Debat Təhsil Assosiasiyası” (IDEA), “Milli Debat Şəbəkəsi” və “Milli Karyera və İşədüzəltmə Assosiasiyasının” həmtəsisçisi, öz sahəsində dünya lideri olan “Milli Biznes İnkubatorlar Assosiasiyasının” (NBIA) Azərbaycanda yeganə tərəfdaşı və “Amerika-Azərbaycan Ticarət Palatasında” (AMCHAM) təmsil olunan yeganə gənclər təşkilatıdır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info