Yapon portalında TANAP layihəsi haqqında məqalə verilib
Tarix: 21.02.2014 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Yaponiyanın iqtisadi dairələrində populyarlığı ilə seçilən “Nikkey” qəzetinin internet portalında “Azərbaycan Respublikası Baş nazirinin müavinindən qaz nəqlinin təşkilində Yaponiyaya investisiya çağırışı” adlı məqalə yerləşdirilib.
Məqalədə qeyd edilir ki, qəzetin Bakıya ezam olunmuş xüsusi müxbiri keçmiş Sovet məkanının neft istehsalı sahəsində tanınmış ölkəsi olan Azərbaycanın Baş nazirinin müavini Abid Şərifovun fevralın sonlarında Yaponiyaya səfəri ərəfəsində onunla görüşüb. Baş nazirin müavini Xəzər dənizində hasil olunacaq təbii qazın Avropaya ixracı üçün yeni boru xətti layihəsində Yaponiya şirkətlərini sərmayə qoyuluşuna və tikintidə iştiraka dəvət edib. Onun dediyinə görə, Avropaya istiqamətlənəcək yeni boru xətti layihəsinin ümumi dəyərinin 20 milyard ABŞ dollarına yaxın olacağı gözlənilir və bu, Yaponiya şirkətləri üçün böyük biznes imkanıdır.
Qeyd olunur ki, Baş nazirin müavini Yaponiyanın “İtoçu” və “İnpeks” şirkətlərinin Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinə sərmayə yatırmalarını yüksək qiymətləndirib. Həmçinin A.Şərifov yeni təbii qaz xətti olan TANAP-a da yapon şirkətlərinin sərmayə qoyacağına ümid etdiyini və Yaponiyaya səfəri zamanı bu barədə danışıqlar aparacağını diqqətə çatdırıb.
Müəllif məlumat verir ki, TANAP layihəsi Gürcüstandan keçərək Türkiyəyə istiqamət alır və bu layihədə Azərbaycan və Türkiyənin neft şirkətləri, həmçinin İngiltərənin “bp” şirkəti iştirak edirlər. Yunanıstandan keçməklə İtaliyaya çatacaq TAP boru xətti ilə birləşəcək TANAP Azərbaycan təbii qazını Avropaya çatdıracaq.
Qeyd edilir ki, TANAP-ın tikintisində çoxlu miqdarda polad borular lazım olduğu üçün, Yaponiyanın “Sumitomo” və “İtoçu Marubeni” polad şirkətləri bu layihəyə böyük maraq göstərirlər. ARDNŞ-in vitse-prezidenti E.Nəsirov “Nikkey” qəzetinə müsahibəsində Yaponiya şirkətlərinin fəaliyyətini müsbət qiymətləndirərək, onların keyfiyyət və maliyyələşdirmə sahəsində rəqabətqabiliyyətli olduğunu qeyd edib.
Məqalədə bildirilir ki, “bp” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) TANAP xəttini qazla təchiz edəcək “Şahdəniz 2” yatağına 28 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmasını planlaşdırırlar. Bu yataqdan hasilata 2018-ci ildə başlanması, 2019-cu ildən isə Avropaya qaz ixracı nəzərdə tutulur. Habelə qeyd edilir ki, Azərbaycan hökuməti “Azəri-Çıraq-Günəşli” yatağında təxminən 350 milyard kubmetr qaz ehtiyatlarının olduğunu bildirir. Həmin yataqlar blokunda “İtoçu” və “İnpeks” şirkətlərinin də marağı vardır. ARDNŞ-in vitse-prezident E.Nəsirovun bildirdiyinə görə, bu iki şirkətin hasilatda iştirakı barədə əsas razılaşma əldə edilmişdir və müqavilə yaxın vaxtlarda imzalana bilər.
Məqalədə Azərbaycanın karbohidrogen ehtiyatlarının qardaş Türkiyə vasitəsilə ixracına xüsusi önəm verdiyi və bu layihələrin iki qardaş xalqı daha da yaxınlaşdırdığı vurğulanır. Qeyd edilir ki, ARDNŞ Türkiyənin ən böyük neft-kimya şirkəti olan “Petkim”i əldə etmişdir. “İtoçu” şirkəti də daxil olmaqla, sindikatlar ARDNŞ-dən Türkiyənin ən böyük emal zavodlarına sifarişlər qəbul edirlər.
Azərbaycan rəhbərliyinin təbii ehtiyatlardan bacarıqla istifadə etməsi nəticəsində ölkə əhalisinin rifah-halının xeyli yaxşılaşdığı məqalədə xüsusi vurğulanır. Qeyd edilir ki, paytaxt Bakı çoxmərtəbəli binaların tikinti meydançasına çevrilmişdir və Avropanın bahalı brendləri bir-birinin ardınca burada öz mağazalarını açırlar.
Yaponiya şirkətlərinin Azərbaycana böyük maraq göstərdiyi, “İtoçu” başda olmaqla, təbii sərvətlərin hasilatı ilə əlaqəli yapon şirkətlərinin sayının artıq səkkizə çatdığı və bunun Qafqazda ən böyük rəqəm olduğu bildirilir. Məqalədə Yaponiya hökumətinin Azərbaycana təbii sərvətlərin hasilatında daim yardım etdiyi və iki ölkə arasında yaxın dostluq əlaqələrinin mövcud olduğu xüsusi qeyd edilir. Bildirilir ki, son zamanlar Yaponiya şirkətləri Azərbaycanda qeyri-neft sektorunu inkişaf etdirmək üçün də investisiyalar ayırmağa böyük maraq göstərirlər.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Qərar verildi: Bu ərazidəki evlərin hamısı söküləcək
27.05.2019
“Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib
27.05.2019
Əli Şamilin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib
27.05.2019
Britaniya səfiri: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir”
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info