“ASAN xidmət”ə müraciət üçün qeydiyyat məhdudiyyəti aradan qaldırılır
Tarix: 21.02.2014 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Novruz bayramı ərəfəsində Bakının Sabunçu rayonunda növbəti "ASAN xidmət" mərkəzinin açılacağı gözlənilir. Bu, Bakı üzrə sayca 4-cü, respublika üzrə isə 6-cı "ASAN xidmət" mərkəzi olacaq. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov bildirib. Sektor müdiri qeyd edib ki, yeni mərkəzin mart ayının ortalarına planlaşdırılan açılışı ilə Bakı və Sumqayıt şəhərlərinin əhalisinə "ASAN xidmət" mərkəzlərinə müraciət üçün qeydiyyat məhdudiyyəti tamamilə aradan qaldırılacaq: "Bakıda sayca 4-cü olacaq bu mərkəzin açılmasından sonra "ASAN xidmət" Sabunçu, Xəzər və Pirallahı rayonları da daxil olmaqla, paytaxtın bütün ərazisini və Sumqayıt şəhərini tam əhatə etmiş olacaq. Bu isə o deməkdir ki, bu mərkəz istifadəyə verildikdən sonra artıq Bakı və Sumqayıt şəhərlərinin əhalisi üçün "ASAN xidmət" mərkəzlərində müraciət üçün qeydiyyat məhdudiyyəti tam aradan qaldırılacaq. Yəni bu iki şəhərin əhalisi harada qeydiyyatda olmasından asılı olmayaraq, bu şəhərlərdə hazırda fəaliyyət göstərən 5 "ASAN xidmət" mərkəzlərindən istənilən birinə müraciət edərək xidmətlərdən faydalana biləcəklər".
A.Hüseynovun sözlərinə görə, artıq mərkəzin fəaliyyət göstərəcəyi müvafiq inzibati bina da seçilib. Hazırda mərkəzdə son tamamlama işləri görülür. "ASAN xidmət" mərkəzinin inzibati binası Bakıxanov qəsəbəsi Sülh küçəsində, Sabunçu rayon Polis İdarəsi və Sabunçu rayon Prokurorluğunun yaxınlığında yerləşəcək. Hazırda binaya dəqiq ünvanın verilməsi ilə bağlı Dövlət Agentliyi ilə Sabunçu rayon İcra Hakimiyyəti hakimiyyəti arasında müzakirələr aparılır.
Qeyd edək ki, "ASAN xidmət" mərkəzlərində 10 dövlət qurumu tərəfindən Azərbaycan və xarici ölkə vətəndaşlarına 25 istiqamət üzrə 150-yə yaxın xidmət göstərilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info