“Xocalı soyqrımını törədənlər məhkəmə qarşısında cavab verməlidirlər”
Tarix: 21.02.2014 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımını törədənlər məhkəmə qarşısında cavab verməlidirlər. “Palitra”nın məlumatına görə, bunu "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov jurnalistlərə deyib. B. Səfərov qeyd edib ki, bu gün "Xocalıya ədalət" kampaniyası çərçivəsində bütün dünyada Xocalı soyqırımının tanınması, Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşiliklərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində genişmiqyaslı işlər aparılır və bir sıra ölkələrdə bu vəhşilik artıq soyqırım kimi tanınır: "Biz heç vaxt Xocalı soyqırımını unutmalı deyilik. Biz bu faciəni gələcək nəslə çatdırmalıyıq. Ermənilər tərəfindən insanlarımıza qarşı olmazın əzabının verilməsi, insanların diri-diri yandırılması, dərilərinin soyulması heç zaman unudula bilməz. Bu cür cinayəti törədənlər məhkəmə qarşısında dayanmalı və cavab verməlidirlər".
B.Səfərov əlavə edib ki, Xocalı faciəsi zamanı hər iki valdeynini itirmiş uşaqların problemləri də diqqət mərkəzindədir: "Hamımız onlara diqqətlə yanaşmalıyıq. Biz də öz növbəmizdə xahişlər etmişik, çalışırıq onların mənzil və digər problemlərini həll edək".

Tural




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22.08.2019
Əli Kərimli mərasimləri, məzarlıqları özünün təbliğat tribunasına çevirməyə çalışır
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info