“Xocalı soyqırımını törədənlər beynəlxalq Haaqa məhkəməsində mühakimə olunmalıdır”
Tarix: 21.02.2014 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Bakının Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” adlı II beynəlxalq konfrans başlayıb. Paytaxtın Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İH başçısı Süleyman Mikayılov, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Moldova ombudsmanı Aureliya Qriqoriu, Azərbaycanda akkreditə olunmuş səfirlər, YAP funksionerləri, Milli Məclisin deputatları iştirak ediblər. Əvvəlcə qonaqlar Xocalı soyqırımı ilə bağlı yaradılan sərgi ilə tanış olublar. Daha sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və soyqırım barədə sənədli film nümayiş etdirilib.
Konfransın açılışından sonra çıxış edən Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənov Xocalı soyqırımı barədə iştirakçılara məlumat verib, soyqırımı törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb. Ə. Həsənov çıxışında 1988-ci ilin fevralında baş verən Sumqayıt hadisələrinə də toxunub. O deyib ki, bir neçə il əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Avropa Parlamentində çıxış edərkən Xocalı hadisəsinin qisas məqsədilə törədildiyini söyləyib: “Bilirsiniz ki, 1988-ci ilin fevralında erməni xüsusi xidmət orqanları və ayrı-ayrı qrupların təşkilatçılığı ilə o zamankı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin bu məsələyə göz yumması nəticəsində Sumqayıtda təxribat törədilib. Sonradan təhqiqat aparılanda müəyyən olunub ki, həmin hadisələri törədən Qriqoryan qardaşları və onlara qoşulmuş Ermənistan SSR DTK-nin nümayəndələri Sumqayıtda 26 erməni və 6 azərbaycanlı sakini qətlə yetiriblər. O da məlum olub ki, qətlə yetirilən ermənilər o zaman yaradılmaqda olan və separatçı təşkilata çevrilən “Krunk” təşkilatına yardım göstərməyən ermənilər idi. Bu hadisəni törətməklə ermənilərə işləyən o zamankı xüsusi xidmət orqanları iki məqsəd qarşıya qoyublar: Bir tərəfdən, ermənilərin formallaşdırdığı terrorçu təşkilatlara kütləvi dəstək vermək, ikinci tərəfdən isə təxribat törətməklə bundan sonrakı Azərbaycan-Ermənistan qarşıdurmasını stimullaşdırmaq, antiazərbaycan fəaliyyətinə rəvac vermək”.
Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxışında bildirib ki, Xocalı soyqırımı dünyanın ən dəhşətli faciələrindən biridir. Onun sözlərinə görə, keçmiş Sovet İttifaqına daxil olan 15 ölkə arasında müstəqillik qazandığına görə ən böyük faciəni Azərbaycan dövləti yaşayıb.
Sonra çıxış edən Moldova ombudsmanı Aureliya Qriqoriu bəyan edib ki, insanlığa qarşı cinayət olan Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməlidir. O hesab edir ki, XX əsrin ən ağır cinayətlərindən olan Xocalı soyqırımını törədənlər beynəlxalq Haaqa məhkəməsi qarşısında mühakimə olunmalıdır: “Hüquq müdafiəçisi kimi deyə bilərəm ki, insanlığa qarşı faciənin arxasında heç bir səbəb dayanmır. Bütün beynəlxalq sənədlərdə insanların kütləvi şəkildə qətlə yetirilməsi ən ağır cinayət hesab edilir. Bilirsiniz ki, Rusiyanın və ya Ermənistanın məhkəmələri öz sərhədləri çərçivəsində bu cinayəti törədənləri izləyib tapmayacaq. Odur ki, beynəlxalq aləm bu soyqırıma hüququ qiymət verməlidir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info