Ermənilər öz dövlətlərini “Rosarmeniya” adlandırırlar
Tarix: 21.02.2014 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Namiq Əliyev |

Ermənistanın son 20 il ərzində həm siyasi, həm də iqtisadi cəhətdən Rusiyadan tamamilə asılı vəziyyətə düşməsini artıq bütün regionun və hətta bütün dünyanın siyasi ekspertləri qəbul edir. Reallıq hissini itirməyən erməni siyasətçiləri və yazarları da bu təkzibedilməz faktı zaman-zaman etiraf etməyə məcbur olurlar. Növbəti belə etiraf Ermənistanın “Lragir” qəzetinin yazarı Naira Ayrumyandan gəldi. Bu xanım jurnalist daha da irəli gedərək, öz dövlətini “Rosarmeniya”, prezidenti “rosprezident”, baş naziri isə “rosbaşnazir” adlandırır. Ermənistanın müstəqilliyini itirdiyini dərk edən müəllif “Rosarmeniya, rosprezident, rosbaşnazir” adlı məqaləsində yazır: “Tiqran Sərkisyan (Ermənistanın baş naziri) və Robert Köçəryan (Ermənistanın ikinci prezidenti) arasındakı iqtisadi “polemika” geniş ictimaiyyət arasında gülüş doğurdu.Hər şeydən əvvəl ona görə ki, Ermənistanda nə iqtisadiyyat, nə də buna müvafiq iqtisadi siyasət var. Ermənistanın həm iqtisadiyyatı, həm də siyasəti hər üç prezidentin xeyir-duası ilə Rusiyanın dövlət korporasiyalarına və xüsusi xidmət orqanlarına verilib.
Ermənistan hakimiyyəti açıq etiraf edir ki, ölkənin təhlükəsizliyinin qarantı buradakı Rusiya bazası və KTMT blokudur. Ermənistanın sərhədlərini FTX-nın Rossərhəd qurumu qoruyur. Qaz istinasız olaraq “RosQazprom”un vasitəsilə alınır və bölüşdürülür, elektrik enerjisinin sahibi isə RAO EES-dir. Ermənistan dəmir yollarının sahibi Rusiya Dəmir Yolları qurumudur. Atom stansiyası “Rosatom”un kurasiyasındadır. Xüsusi olaraq “Rosqosstrax” üçün (Rusiyanın bu sığorta qurumu Ermənistanın sığorta bazarının yarısını ələ keçirib) avtomobillərin məcburi sığortası tətbiq edildi, bu il isə məcburi tibbi sığortaya keçiləcək.
Bu yaxınlarda erməni kommunikasiya bazarı “Rostelekom”a daxil oldu, həmin anda da Ermənistanın dövlət rabitəsi bu təşkilatın ixtiyarına verildi. Artıq “Rosneft”lə müqavilə bağlanıb, beləliklə bu qurum inhisarçı nefttreyder olacaq. Bu o deməkdir ki, hətta aviabenzini də “Rosneft” gətirəcək, nəticədə çətin ki, aviabilet bundan sonra ucuz olsun. Əgər bütün aktivlər başqa əllərdədirsə, o zaman prezident və hökumət Ermənistanda nəyi idarə edir? Polemika nəyin ətrafında aparılır- kim Ermənistanda Rusiya aktivlərini daha yaxşı idarə edir, yaxud Rusiyaya və yerli oliqarxlara kim daha çox gəlir gətirir?
Siyasət suverenləşmədən, heç olmasa strateji aktivlərin bir hissəsi milliləşmədən Ermənistan iqtisadiyyatını bərpa etmək mümkün olmayacaq. Mühüm deyil ki, bizi necə qarət edirlər- bu, istər kriminal oliqarxlar vasitəsilə olsun, istərsə də “leqal” banklar. Mühüm odur ki, iqtisadiyyatı inkişaf etdirmək üçün Ermənistan vətəndaşlarına heç nə saxlamayıblar. Ən əsası da odur ki, bizə milli maraqlardan çıxış edərək, qərar qəbul etmək imkanı qalmayıb. Biz istinasız olaraq “rosmaraqlar”dan çıxış edirik”.
Ermənistanın real düşünən siyasətçilərinin, KİV yazarlarının müstəqillik və suverenliyin əldən getməsini anlamaları sevindirici haldır. Amma biz daha çox o zaman sevinəcəyik ki, ermənilər bu acınacaqlı duruma düşmələrinin əsl səbəbinin Dağlıq Qarabağ avantürasının olduğunu dərk edəcəklər. Məhz qonşunun torpağını işğal etmək, etnik təmizləmə siyasəti aparmaq sonda öz nəticəsini göstərdi. Xocalıda soyqırımı törədənlər bunun cəzasının olacağını 22 il bundan əvvəl anlamalı idilər. İndi isə anlamalıdırlar ki, torpaqlar geri qaytarılmadan, Azərbaycanla əlaqələr qurulmadan Ermənistan iqtisadiyyatını bərpa etmək mümkün olmayacaq.





 
Müəllifin son yazıları

29.02.2016 Vəhdətin gücü
10.12.2014 Dünya ədalət istəyir
16.09.2013 Kinodramaturqun aldada bildiyi “siyasətçilər” diplomatlarla necə bacaracaq?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info