Türk Dünyası Bələdiyyələr Birliyinin nümayəndə heyəti Səbaildə olub
Tarix: 21.02.2014 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan Türk Dünyası Bələdiyyələr Birliyinin nümayəndə heyəti Səbail Rayon İcra Hakimiyyətində olub. Bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə qonaqlara məlumat verib.
Asif Əsgərov son illər Azərbaycanda əldə olunmuş nailiyyətlərdən, sosial-iqtisadi inkişafdan, həyata keçirilən layihələrdən, o cümlədən Səbail rayonunda görülən işlərdən danışıb. Bu nailiyyətlərin qazanılmasında ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri xüsusi vurğulanıb. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrindən danışan icra başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən, o cümlədən Xocalı soyqırımından söhbət açıb.
Asif Əsgərov rayondakı hər üç bələdiyyə – Səbail, Badamdar və Bibiheybət bələdiyyələrinin fəaliyyətindən də bəhs edib. Bildirilib ki, həmin bələdiyyələr rayondakı abadlıq, quruculuq işlərində yaxından iştirak edir, icra hakimiyyəti ilə birgə vacib sosial layihələr reallaşdırırlar.
Ölkəmizə səfərdən məmnun olduqlarını bildirən Türk Dünyası Bələdiyyələr Birliyinin Məşvərət Şurasının üzvü Adəm Esen Azərbaycanın inkişafından qürur duyduqlarını söyləyib. O, təmsil etdiyi təşkilat ilə Azərbaycan bələdiyyələri arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.
Nümayəndə heyətinin üzvləri bələdiyyələr arasında əməkdaşlığın, həmçinin həyata keçiriləcək birgə layihələrin əhəmiyyətli olacağını söyləyiblər.
Qonaqlar “Sahil bağı”nda, Dənizkənarı Milli Parkda da olublar.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info