Əbülfəs Qarayev Xaçmazda vətəndaşları qəbul edib
Tarix: 21.02.2014 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.
Fevralın 21-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xaçmaz şəhərindəki tarix-diyarşünaslıq muzeyində Quba, Qusar, Şabran, Xaçmaz və Sizəyən rayonlarından olan vətəndaşları qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) və müvafiq rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmış 30-a yaxın vətəndaş nazirlə görüşdə müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini bildiriblər.
Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən yerlərdə musiqi və incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi, yeni filialların açılması, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, tarix-diyarşünaslıq muzeylərinin yenidən qurulması, muzeylərdə bədii tərtibat işlərinə kömək göstərilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, tarix-mədəniyyət abidələrinin bərpa və təmiri, yaradıcı insanların fəxri adlarla təltif edilməsi və digər məsələlərlə bağlı olub.
Vətəndaşlar regionda turizmin inkişafına dair təşəbbüslərini, Azərbaycan Turizm İnstitutunun və ya Bakı Turizm Peşə Məktəbinin Xaçmazda filialının açılması barədə xahişlərini də çatdırıblar. Həmçinin işlə təminat, mədəniyyət ocaqlarında ixtisar olunmuş ştatların bərpası və digər sosial məsələlərlə bağlı müraciətlər də səsləndirilib.
Vətəndaşların mədəniyyət və turizm sahəsində mövcud problemlərə, aktual məsələlərə diqqət yetirməsini təqdir edən nazir Əbülfəs Qarayev bütün məsələlərin nəzərdən keçiriləcəyini, onların həlli üçün müvafiq tədbirlərin görüləcəyini bildirib.
Qəbuldan sonra nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində qeyd edib ki, vətəndaşların bu məsələlərlə bağlı təşəbbüskarlıq göstərməsi müsbət haldır. Nazir deyib: “Musiqi məktəblərində maddi-texniki bazanın təkmilləşdirilməsi, turizmin inkişafı ilə bağlı qaldırılan məsələlər bizi də narahat edir. Xüsusilə qeyd etmək istəyirəm ki, Xaçmaz bölgəsi, Nabran turizm infrastrukturunun yüksək səviyyədə qurulduğu bölgəmizdir. Bununla belə, regionda turizm xidmətlərinin keyfiyyətinin artırılması, dağların, meşələrin, dəniz kənarının ekoloji vəziyyətinin qorunması olduqca vacibdir. Hesab edirəm ki, qaldırılan bütün məsələlər aktualdır və onların həlli istiqamətində müvafiq işlər görüləcəkdir”.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib
20.09.2019
DİN-in idarə rəisi təqaüdə göndərildi
20.09.2019
“Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info