Səlim Müslümov Sumqayıt və daha 3 rayonun sakinləri ilə görüşüb
Tarix: 21.02.2014 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Sumqayıt şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında bu şəhərin və Qubadlı, Abşeron, Xızı rayonlarının sakinlərini qəbul edib.
“Açıq qapı” şəraitində ümumilikdə 120 nəfərdən çox vətəndaşın müraciəti dinlənilib. Müraciətlərin əksər qismi dövlət hesabına mənzil və minik avtomobilləri, reabilitasiya vasitələri və münasib işlə təmin olunma, bərpa müalicəsinə köməklik göstərilməsi, ünvanlı dövlət sosial yardımının təyinatı və əlillik dərəcələrinin verilməsi kimi məsələləri əhatə edib. Hər bir müraciət nazirliyin aidiyyatı mütəxəssislərinin iştirakı ilə araşdırılıb və vətəndaşların qaldırdıqları məsələlərin obyektiv və ədalətli şəkildə həll olunması üçün müvafiq tədbirlər görülüb.
S.Müslümov bir sıra imtiyazlı vətəndaşlara bərpa müalicəsi üçün sanator-kurort yollayışlarının, nazirliyin tabeliyindəki müalicə müəssisələrinə göndərişlərin verilməsi, xaricdə müalicələrinin təşkilinə aidiyyatı köməklik göstərilməsi, müraciət edən işsiz vətəndaşların məşğulluq xidməti vasitəsilə münasib işlə təmin edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Qəbul zamanı minik avtomobili almaq üçün növbədə olan əlillərə cari il ərzində avtomobil ala biləcəkləri, mənzil növbəliliyi siyahısında olan imtiyazlı vətəndaşlara isə yaşadıqları ərazidə əlil və şəhid ailələri üçün tikiləcək yaşayış binalarında mənzillə təmin olunacaqları bildirilib. Dövlət hesabına mənzillə təmin olunmaq üçün müraciət edən vətəndaşlara bunun üçün ilk növbədə aidiyyəti icra hakimiyyəti orqanında növbəyə dayanmaları tövsiyə olunub.
S.Müslümov müraciətlərinə əsasən bir sıra vətəndaşların ünvanlı dövlət sosial yardımı ilə təmin olunmaq, yaxud əlillik dərəcəsi almaq hüquqlarına obyektiv şəkildə baxılaraq müvafiq tədbir görülməsi barədə tapşırıqlar verib. Nazir həmçinin müraciətlərin dinlənilməsi zamanı vətəndaşlara qarşı süründürməçilik hallarına yol verdikləri aydın olan əməkdaşların fəaliyyətinin araşdırılmasını və araşdırmanın nəticəsinə uyğun olaraq inzibati tədbirlərin görülməsini tapşırıb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
“İlin peşəkar gənci” müsabiqəsinin qalibləri mükafatlandırılıb
24.01.2019
“Milli-mənəvi dəyərlərin öyrənilməsində oxu mədəniyyətinin rolu”
24.01.2019
Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info