YAP Səbail rayon təşkilatının yaranmasının 21-ci ildönümü qeyd olunub
Tarix: 21.02.2014 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Fevralın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
YAP rayon təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü, professor Zahid Qaralov tədbir iştirakçılarını təbrik edərək deyib: “1992-ci ildə Azərbaycanı xaos və anarxiyadan xilas etmək üçün ziyalılar ulu öndər Heydər Əliyevin ətrafına toplaşmış və xalqın görkəmli oğlunun rəhbərliyi ilə yeni partiyanın yaradılması ideyası meydana çıxıb. Bu ideyanın həyata keçirilməsi üçün Səbail rayonu ərazisində yaşayıb fəaliyyət göstərən 17 nəfər alim və ziyalıdan ibarət təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin üzvləri yerlərdə ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirərək Heydər Əliyevin rəhbərliyi ilə yeni partiyanın yaradılması fikrini onlara çatdırırdılar. Görüşlərin keçirilməsi onu göstərdi ki, xalqımız birmənalı olaraq Heydər Əliyevin hakimiyyətə qayıtmasını istəyir və məhz onun Azərbaycanı böhrandan çıxara biləcəyinə inanır”.
Rayon təşkilatının sədri demişdir ki, 1992-ci ilin noyabrında Naxçıvanda YAP-ın təsis konfransı keçirilib və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib. Bundan sonra partiyanın təşkilatlanma prosesi başlayıb. Cəmiyyətin bütün təbəqələrinin təmsilçiləri Heydər Əliyevin rəhbərlik etdiyi partiyaya üzv olmaq istəyirdilər. Bu istək xalqın Heydər Əliyevin dövlətçilik təcrübəsinə inamından irəli gəlirdi.
Z. Qaralov bildirmişdir ki, 1993-cü il fevralın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalına toplaşmış 226 nəfər alim və pedaqoqun iştirakı ilə YAP Səbail rayon təşkilatının təsis konfransı keçirilmiş və qurum fəaliyyətə başlayıb. Təsis konfransını keçirən, rayon təşkilatını yaradan və onun ilk üzvü olan 226 nəfərin bu gün 24 minə çatması həqiqətən fəxr etməli böyük inkişaf deməkdir. O vaxt partiyada təmsil olunan 18-35 yaşlı gənclərin sayı 18 nəfər, qadınların sayı 14 nəfər idi. Bu gün isə gənclərin sayı 15 min 700, qadınların sayı isə 13 min 300 nəfərdir. Bu, onu deməyə əsas verir ki, gənclər bizim partiyaya, onun əvvəlki və indiki rəhbərlərinə inanır, öz gələcəklərini partiyanın inkişafında görürlər. Bu gün YAP Səbail rayon təşkilatında 110 ilk ərazi təşkilatı fəaliyyət göstərir. Bu, çox əlamətdar göstəricidir. İlk təşkilatların əksəriyyəti 1993-1995-ci illərdə yaradılıb. Bu təşkilatlarda işləyən minlərlə partiya üzvü - alim, ictimai-siyasi xadim, deputat təkcə rayon və Bakı şəhəri ərazisində deyil, bütövlükdə respublikada geniş fəaliyyət göstərir, böyük müəssisələrə rəhbərlik edir, ölkənin, regionların inkişafına töhfə verir, seçki kompaniyalarının təşkilində, keçirilməsində fərqlənirlər.
Heydər Əliyevin elmi irsinin, dövləti və cəmiyyəti idarəetmə təcrübəsinin öyrənilməsinə, təbliğinə aid elmi əsərlərin çox hissəsi də YAP Səbail rayon təşkilatında çalışan alimlər, siyasi xadimlər tərəfindən yazılıb çap edilmiş və xalqa çatdırılıb.
Bu gün Heydər Əliyevin siyasi kursunu uğurla davan etdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyada öz layiqli yerini tutub.
Sonra ərazi ilk təşkilatları sədrlərinin çıxışları dinlənilib, perspektiv planlar müəyyən edilib, YAP Səbail rayon təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Sonda təşkilatın formalaşmasında, inkişafında əməyi olan qocaman partiya üzvlərinə və işində fərqlənənlərə Fəxri fərmanlar və mükafatlar təqdim edilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb
18.01.2019
Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq sürətlə inkişaf edir
18.01.2019
Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
18.01.2019
Tural Gəncəliyev: “Biz danışıqlardan daha konkret nəticələr gözləyirik”
18.01.2019
Sevinc Fətəliyeva: Azərbaycanla qətnamə dili ilə danışmaq, ona təzyiq etmək mümkün deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info