İqtisadiyyat və sənaye naziri Qobustanda vətəndaşları qəbul edib
Tarix: 21.02.2014 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Fevralın 21-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qobustanda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət sahələrinin yaradılması, kredit ittifaqının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığa cəlb edilməsi, yerli istehsal məhsullarının ixracının dəstəklənməsi, əkin sahələrinin suvarılmasına köməklik göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət etmişlər. Vətəndaş müraciətləri diqqətlə dinlənilmiş, nazir Şahin Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, bir sıra məsələlər yerindəcə həllini tapmışdır. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır. Qəbula gələn sahibkarlarla müzakirələr aparılmış, müasir heyvandarlıq komplekslərinin, iri taxılçılıq təsərrüfatlarının, logistik mərkəzlərin, istixanaların, yerli xammala əsaslanan sənaye müəssisəsinin yaradılması, çörək və şirniyyat, damazlıq yumurta, tikinti materialları istehsalı və s. sahələrlə bağlı təklifləri dinlənilmiş, investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılmış, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Qəbulda 70 vətəndaş iştirak edib. Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər. Qeyd edək ki, Qobustanda keçirilmiş qəbulla bağlı vətəndaşların məlumatlandırılması məqsədilə kütləvi informasiya vasitələrində əvvəlcədən müvafiq elanlar verilib, qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib. Bundan başqa, nazirliyin saytında və “Facebook” səhifəsində vətəndaşların qəbula yazılması üçün “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölməsi yaradılıb.


İlkin




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info