“Lidovky“: “Qana bata-bata gedirik, adamlar ölür, otelimizi güllələyirlər”
Tarix: 21.02.2014 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


“Kiyevin mühasirəyə alınmış küçələrində Avropa Birliyi ilə razılaşmanın iqtisadi cəhətləri barədə kimsə düşünmür. Hamısı düşünür ki, necə sağ qalsın”

Çexiyanın "Lidovky" qəzeti Kiyevdəki son olaylarla bağlı ürəkağrıdıcı bir reportaj hazırlayıb. Reportajda bildirilir ki, jurnalistlərin gözü qabağında insanlar ölür, hətta otellərə də güllə atırlar: “Kiyevdə səhər saat səkkizdən sonra nümayişçilərin içərisində olan radikallar silahlı polisə hücum etdilər və döyüş başlandı. Yaralıları İnstitut küçəsində yerləşən “Ukrayna” otelinə daşıyırlar. Burada isə “Lidove Noviny”nin reportyoru Petra Praxazkova yaşayır. Praxazkova deyir ki, burada bir kişi indicə öldü. Hotel güllə altındadır. Bizim oteli nümayişçilərə bənzəyən insanlar tutublar. Ola bilər ki, bunlar təxribatçıdırlar. Hər halda, “Ukrayna” otelinin birinci mərtəbəsi qan lazaretinə dönüb. Burada onlarla yaralı var və minimum bir kişi döşəmədə üzərinə ağ sərilmiş halda uzadılıb. Nümayişçilər hotelin foyesinə ölən kişini gətirdilər, o, yəqin ki “Berkut”un döyüşçülərindən biri imiş. Onu xilas etməyə çalışırdılar. Hotelə snayperlər tuşlanıb. Artıq pəncərələrə doğru getmək və ya mərkəzi pilləkənə tərəf addımlamaq mümkün deyil. Beşinci mərtəbədəki və ikinci mərtəbə ilə üçüncü mərtəbə arasındakı pəncərələr güllələnib. Görünür, hardasa, İnstitut küçəsindən güllələr atılır. Hotelin binasından böyük qırmızı xaç şəkli olan kətan asılıb. Sadəcə, ümid etmək qalır ki, heç olmasa, buna hörmət edəcəklər.
Nümayişçilər hotelimizin qapılarını götürərək xərək kimi istifadə edirlər. Hər yerdə çoxlu qan var. Yaralılar da çaş-baş düşür. Bilmək olmur ki, kim kimdir...”

Snayperlər hətta tibb işçilərini də güllələyirlər

Daha sonra Kiyevin mərkəzindəki hadisələr belə təsvir edilir: “Maydanın tribunasından belə bağırtı səsləri gəlir: “İntizamı saxlayın, İnstitut küçəsinə getməyin, orda snayperlər var, sizi öldürərlər. Təxribatlara uymayın, dözün. Sadəcə barrikadanı möhkəmləndirin, hücum etməyin”.
Snayperlər isə başqa yerlərdə də atəş açırlar. Onlar yaralıları meydandan çıxaran tibb işçilərini də güllələyirlər. Televiziya isə baş verənləri təşkil etmək üçün ümumi göstərişlər verir. Məsələn, nümayişçilər televiziya vasitəsilə telefon nömrələrini verirlər ki, bunlara da jurnalistlər zəng edərək informasiya ala bilərlər. Bu telefonlar vasitəsilə isə etiraz təşkilatçıları sonrakı təlimatları ala bilərlər. Buradan isə müxalifətin baş verənləri təşkil etmək və situasiyanı nəzarətdə saxlamaq cəhdləri aydın görünür. Amma hazırda bizim oteli kim nəzarətdə saxlayır, bu barədə zərrə qədər də məlumatım yoxdur”.
Güllələr səs salan kimi, kimsə bilmir ki, necə güllə altına düşüb. Belə situasiyada əsas düz olanı – ya arxaya ya da qabağa qaçmaqdır. Artıq vacib deyil ki, bu ölüm-dirim savaşı noyabrın sonunda Yanukoviçə qarşı etirazlarla başlayıb. Kiyevin mühasirəyə alınmış küçələrində Avropa Birliyi ilə razılaşmanın iqtisadi cəhətləri və onun şərtləri barədə də kimsə düşünmür. Hamısı düşünür ki, necə sağ qalsın, yaxud da necə bu savaşda qalib gəlsin”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info