Yanukoviç yeni təkliflərlə çıxış etdi
Tarix: 21.02.2014 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


Ukrayna prezidenti siyasi qüvvələri milli etimad hökumətinin formalaşdırılmasına çağırdı

Ukraynada baş verən son proseslər münaqişə tərəfləri arasında müəyyən anlaşmaya cəhd olunduğunu deməyə əsas verir. Belə ki, Ukrayna prezidenti Viktor Yanukoviç ölkədə qarşıdurmaya və siyasi böhrana son qoymaq üçün bir sıra təşəbbüslərlə çıxış edib. Bu barədə bəyanat Ukrayna prezidentinin saytında yerləşdirilib.
Bəyanatda dövlət başçısı müxalifətin əsas tələbi olan 2004-cü ilin Konstitusiyasına qayıtmaq təşəbbüsünü irəli sürüb. Belə ki, prezidentin, parlamentin və hökumətin səlahiyyətlərini tənzimləyəcək Konstitusiya islahatına dərhal başlanacaq və bu proses 2014-cü ilin sentyabrında başa çatacaq. Bu islahat nəticəsində prezidentin səlahiyyətləri ixtisar ediləcək, parlament və hökumətin rolu artırılacaq.
V.Yanukoviç müxalifətin digər tələbi olan ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinə də razılaşıb. Növbədənkənar seçkilərin Konstitusiya islahatından sonra, 2014-cü ilin dekabrından gec olmayaraq keçirilməsi planlaşdırılır. Seçkiyə qədər yeni seçki qanunvericiliyi qəbul ediləcək və ATƏT-in, Venesiya Komissiyasının standartlarına, tövsiyələrinə uyğun şəkildə proporsional əsasda yeni Mərkəzi Seçki Komissiyası formalaşdırılacaq. Bundan başqa Yanukoviç siyasi qüvvələri milli etimad hökumətinin formalaşdırılmasına da çağırıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info