“Yeni sənaye müəssisələri ixrac imkanlarımızı artıracaq”
Tarix: 21.02.2014 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


İlkin Quluzadə: “Təhsil aldığım Türkiyənin Mehmet Akif Ersoy Universitetində “Xocalıya ədalət!” yürüşü keçirəcəyik”

“Palitra”nın xaricdə təhsil alan azərbaycanlı tələbələrin təbliği ilə bağlı növbəti qonağı Türkiyənin Mehmet Akif Ersoy Universitetinin Beynəlxalq ticarət fakültəsinin II kurs tələbəsi İlkin Quluzadədir:
- Mən 1993-cü ildə Bakı şəhərində dünyaya göz açmışam. Bakıda 113 saylı orta məktəbi bitirmişəm. Ailəmiz 4 nəfərdən ibarətdir və ailə üzvlərimiz ali təhsilli olduğu üçün hər zaman mənə dəstəkləri olub. Mən də daim təhsilə önəm vermişəm. Hətta xaricdə təhsilə üstünlük vermək qərarına gəldim. Nəhayət, Türkiyə universitetlərinə qəbul imtahanlarında iştirak etdim və YÖS imtahanı ilə Mehmet Akif Ersoy Universitetinin Beynəlxalq ticarət fakültəsinə daxil oldum.
Xarici ölkələr arasında Türkiyəni seçməkdə səbəb odur ki, bu ölkə digərlərinə nisbətən bizə daha yaxındır. Hazırda, II kursda oxuyuram. Hər bir tələbə ilk dönəmlərdə çətinlik çəkir, amma zamanla bu çətinlikləri aradan qaldırır.
Təhsil sisteminə baxdıqda bəzi dərslər müəllimlər tərəfindən daha da gözəl şəkildə başa salındığı üçün çətin heç nə qalmır. Seçdiyim bu ixtisas digər ixtisaslara baxdıqda daha gözəl və dəyərləndirmə baxımından seçimli ixtisasdır. Onu seçməyimin məqsədi odur ki, digər ölkələrlə ticari əlaqələri daha da genişləndirmək və ölkəmin bu ticari əlaqələrlə daha da tanınmasına nail olmaqdır.
- Bu il ölkəmizdə “Sənaye ili” elan olunub. Bunun ölkəmizin iqtisadi inkişafında rolunu necə qiymətləndirirsən?
- Mənim fikrimcə, nə qədər sənaye yeri olarsa bizim bir çox ölkələrlə ticari əlaqələrimiz genişlənər. Məsələn, biz bəzi məhsulları başqa ölkələrdən idxal edirik. Amma ölkəmizdə gözəl sənaye yerləri olarsa, ölkəmiz idxal etmək zorunda qalmaz, yeni və geniş fəaliyyət göstərən sənayelər ölkənin tələbatını ödəyə bilər. Həmçinin digər ölkələr də bu sənayelərə sərmayə yatıra bilərlər. Yeni sənaye müəssisələri ixrac imkanlarımızı artıracaq.
- Bizim təhsil sistemi ilə orada hansı fərqləri görürsən?
- Bizim təhsil sistemi ilə fərqi onda görürəm ki, burada dərs anlatımı daha gözəldir və hər bir tələbə dərsi həvəslə dinləyir, müəllimlər tələbələrlə hər zaman maraqlanırlar. Burada bir şeyin də şahidi oldum ki, universitet rektoru ilə nə vaxt istəsən səmimi söhbət etmək olur. Eləcə də tələbələrə hər cür şərait yaradılıb və bir çox gəzintilər təşkil olunur ki, tələbələrin dünyagörüşü daha da artsın.

<b>“Gənclərə sözüm odur ki, təhsil almaq heç vaxt gec deyil, insan istədiyi vaxt təhsil ala bilər. Çünki indiki zamanda təhsilli insanın daha da irəliyə getmək, inkişaf etmək imkanı yaranır”

Oxuduğum universitetdə bəzi dərslərin davamiyyətinə baxılır və davamiyyətdən qaldığın təqdirdə imtahanlara girmək olmur. Burada davamiyyət kimi dərslərdə tələbənin daha fəal olmasına da baxılır. İmtahanlar test üsulu və klassik olur, bu suallar ixtisas müəllimləri tərəfindən hazırlanır. İmtahanlar qruplara bölünərək təşkil olunur. İmtahanlardan qabaq universitet saytında göstərilir ki, hansı sinifdə, saat neçədə imtahan keçiriləcək. Klassik imtahan isə yazılı imtahan olur. Yəni, yazılı imtahan odur ki, sual verilir və o sualın cavabını özümüz yazmalıyıq.
-Müəllimlərlə tələbələrin münasibətləri necə qurulub?
- Müəllimlərlə tələbələrin münasibəti çox yaxşıdır. Hər zaman nə çətinliyin oldu, müəllim səni dinləyir və əlindən gələn köməkliyi göstərir. Məsələn, dərs keçilir başa salınır, bəzən olur ki, mən heç özümdə nəyisə başa düşmürəm. Öz müəllimimlə danışıram ki, bu dərsi başa düşmədim. O mənə yenə bu dərsi başa salır, yəni təhsilimizin qayğısına çox gözəl qalırlar.
-Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Əsasən idmanla məşğul oluram. Özüm də idmançıyam, 2 il yarım cüdo ilə məşğul olmuşam. Universitetlə əlaqədar idmanı buraxmalı oldum. Amma oxuduğum indiki universitetdə fitnesslə məşğul oluram və fitness müəllimi kimi çalışıram. Boş vaxtlarımın bir çox hissəsini də kitab oxumaq və əyləncə ilə keçirirəm.
-Bu universitetdə fitnesslə məşğul olan başqa azərbaycanlı tələbələr də vardı…
- Bəli, bir çox tələbələr olduğu kimi, azərbaycanlı tələbələr də fitnesslə məşğuldur. Universitetin bizə verdiyi belə gözəl şəraitlərdən yararlanırıq. Bu idman növünü davam etdirmək fikrindəyəm, çünki idman hər zaman sağlamlığı qorumağa köməkdir və əlimdən gəldiyi qədər hər kəsi idmana dəvət edirəm. Oxuduğum universitetdə bir çox tələbələri idmana dəvət edərək maraq yaratdım və onları siqaretin zərərlərindən uzaq etdim.
- Bununla bağlı gənclərə nə tövsiyə edərdin?
- “Təhsil millətin gələcəyidir ”,- deyən ulu öndər Heydər Əliyev heç vaxt öz dəstəyini, diqqətini gənclərdən əsirgəməyib. Bu ənənəni bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev davam etdirir. Gənclərə sözüm odur ki, təhsil almaq heç vaxt gec deyil, insan istədiyi vaxt təhsil ala bilər. Çünki indiki zamanda təhsilli insanın daha da irəliyə getmək, inkişaf etmək imkanı yaranır. İdmanla bağlı da onu deyərəm ki, sağlam insan sağlam ölkə deməkdir. Yəni, hər kəsi idmanla məşğul olmağa səsləyirəm və ölkəmiz günü-gündən daha gözəl inkişaf edir. İnkişafı təhsildə və idmanda gördükdə daha da sevinirəm.
-Tələbə yoldaşlarının Azərbaycana münasibəti necədir?
- Oxuduğum universitetdə Azərbaycana münasibət yaxşıdır və mən ölkəmi xarici tələbələrə tanıdıram. Onlara mədəniyyətimizi öyrədirəm və ən əsasda dilimizi öyrədirəm. Beləcə tələbə yoldaşlarım Azərbaycanı çox xoşlayırlar. Tələbə yoldaşlarımın ən xoşladığı Azərbaycan xalqının qonaqpərvər olmasıdır. Bəli, az da olsa əlimdən gəldiyi qədər öyrədirəm. Onlar bizim dilin çox şirin və sevilən olduğunu deyirlər.
-Bəs onları ölkəmizə dəvət etmisənmi?
- Bəli, dəvət etmişəm. Bu yay tətilində inşallah Bakıda qonaq olmaq istədiklərini deyiblər. Onların arasında türk, ərəb, çin, burkina fasolu da var.
-Orada Azərbaycanla bağlı tədbirlərdə iştirak edirsinizmi?
- Burada bir çox tədbirlər təşkil etmişik. İki ildir ki, “Xocalıya ədalət” adlı aksiya keçiririk. Bu aksiyada bütün türk tələbələri ilə yanaşı, digər millətin tələbələri də bizə dəstək olurlar və bir çox ölkələrdə tələbə yoldaşlarımın sayəsində Xocalı soyqırımının tanınmasına çalışırıq, istəyirik ki, digər ölkələrdə təşkil olunan tədbirlərdə də təmsil olunaq. Belə ki, 2012-ci ildə "Justice for Khojaly" adlı Kiprdə keçirilən beynəlxalq aksiyada iştirak etmişik. Bundan başqa Kiprdə keçirilən bir çox tədbirlərdə və İstanbulda turizm sərgilərində Azərbaycanı təmsil etmişəm.
-26 fevral Xocalı soyqırımı günüdür. Bununla bağlı Türkiyədə gənclər tərəfindən yenə tədbir təşkil olunacaqmı?
- Hər il olduğu kimi bu il də universitetimizdə “Xocalıya ədalət!” yürüşü keçirəcəyik. Bir çox xarici tələbələr də bizə bu yürüşdə dəstək olacaqlar. Bizim qardaş Türkiyənin bir çox yerlərində, demək olar ki, hər yerində “Xocalıya ədalət!” yürüşü keçiriləcək. Mənim fikrimcə, bu cür tədbirlər ölkənin daha da tanınmasında və inkişafının nəzərə alınmasında böyük rol oynayır. Xocalı ilə bağlı tədbirlərin təsiri nəticəsində bir çox Avropa ölkəsi Xocalı soyqırımını tanıdı. Yəni, bu bir faktdır ki, nə qədər çox təbirlər təşkil olunarsa bir o qədər yaxşıdır.
-Azərbaycanlı uşaqların xaricdə təhsil almasını necə qiymətləndirirsiniz?
- Mən yaxşı qiymətləndirirəm. Çünki xaricdə təhsil alan tələbə gözəl bilik almaqla yanaşı, dünyagörüşü və düşüncə tərzi daha da artır və bir çox xarici tələbələrlə ünsiyyətdə olur. Bu, tələbəyə bilik qabiliyyətini artırmasına və xarici dilinin təkmilləşməsinə daha da kömək edir. Tələbə təhsil aldığı ölkədə mədəniyyət, eləcə də bir çox şeyləri öyrənmək imkanı əldə edir. Buna görə də xaricdə təhsil almağı yaxşı qiymətləndirirəm. Xaricdə təhsil çox gözəldir, buradakı universitetlərdə gözəl müəllim heyəti sayəsində tələbə istədiyini ala bilir. Burada təhsil alan hər bir gənc parlaq bir gələcəyinin olduğunu düşünə bilər. Azərbaycanlı gənclərin xaricdə təhsilə önəm vermələrini istərdim.
-Təhsilinizi bitirdikdən sonra harada çalışmaq istəyirsiniz?
-Mən təhsilimi bitirdikdən sonra öz ölkəmdə işləmək istərdim. Düzdür, bir çox ölkələrdə indiki oxuduğum ixtisas üzrə gözəl iş imkanı var, onu dəyərləndirmək istəyərəm. Amma bu ixtisasımın ölkəmə daha faydalı olduğunu bilərək ölkəmdə işləməyi daha üstün tutaram.
-Təhsil aldığın sahə üzrə hansı yenilikləri etmək istərdin?
- Təhsil aldığım sahə üzrə isə öz ölkəmdə işləsəm bir çox ticari əlaqələrin genişlənməsinə və ölkəmizin ticari baxımdan daha da tanınmasına nail olmaq istərdim. Çünki ölkəmiz indiki dönəmdə daha çox neft və qaz ölkəsi kimi tanınır. Mən ölkəmizdə bir çox sənaye yerlərinin açılmasını istəyirəm. Bununla da bir çox dünya ölkələrinə sübut edə bilərik ki, Azərbaycan yalnız neft-qaz ölkəsi deyil.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info