“Bakı-Novorossiysk kəməri Azərbaycan üçün çox əhəmiyyətlidir”
Tarix: 21.02.2014 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


Nazir: “Azərbaycan 2020-ci ilədək enerji istehsalını artırmaq niyyətindədir”

Azərbaycanın 2014-cü il üçün enerji balansı artıq hazırlanıb. Bunu Xəzər-Avropa Klubunun təşkil etdiyi görüşdə energetika naziri Natiq Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın neft sahəsində əsas məqsədi hasilatı stabil səviyyədə saxlamaqdır: «Düşünürəm ki, bu il üçün proqnoz stabil qalacaq və ölkədə 43 mln. tona kimi neft istehsal olunacaq». Nazir bildirib ki, qaz hasilatında hələ ciddi sıçrayış yoxdur: «Lakin artıq böyük bir rəqəmə çatmışıq. Keçən il 29 mlrd. kubmetr qaz hasil olunub. Gələcəkdə bu göstəricinin artacağı gözlənilir. Çalışacağıq ki, yaxın 2-3 ildə bu rəqəmi stabil olaraq saxlayaq». Natiq Əliyev bildirib ki, Bakı-Novorossiysk neft boru kəməri Azərbaycan üçün çox əlverişlidir. Onun sözlərinə görə, Xəzər dənizinin Azərbaycan sektorundakı «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan hasil edilən xam neft Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsi ilə xaricə ixrac olunur: «Eyni zamanda, ixrac prosesi Bakı-Supsa kəməri vasitəsi ilə də həyata keçirilir. Bizim quruda fəaliyyət göstərən əməliyyat şirkətlərimiz xam neftə sahibdir və həmin şirkətlər hər zaman Bakı-Novorossiysk kəmərindən istifadə edib».
Nazir qeyd edib ki, həmçinin bu kəmərdən ARDNŞ də istifadə edib: «Ona görə hesab edirəm ki, Bakı-Novorossiysk neft kəməri ilə nəqlin bərpa olunması Azərbaycanın maraqlarına cavab verir. Çünki bu, Azərbaycan neftinin ixracı prosesinə çeviklik gətirir. Bazardan və şəraitdən asılı olaraq, bizim diversifikasiya haqqında danışmağa imkanımız var». Nazir qeyd edib ki, Azərbaycan gələcəkdə iri enerji ixracatçısına çevriləcək. Onun sözlərinə görə, Azərbaycan 2020-ci ilə kimi enerji istehsalını artırmağı qarşıya məqsəd qoyub: «İlk olaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı yeni proqram hazırlanır. Bununla əlaqədar olaraq, bütün şəhər və rayonlarda sənayenin inkişaf etdirilməsi planlaşdırılır». Nazir deyib ki, regionlarda sənaye sektorunun inkişafı şübhəsiz ki, energetikanın daha çox inkişaf etməsini tələb edir. N.Əliyev qeyd edib ki, Azərbaycanda enerjiyə olan tələbat tam həcmdə daxili istehsal hesabına ödənilir: «Biz Rusiya ilə xətlərimizi birləşdirmişik. Öz ərazimizdə bütün işləri görmüşük, 500 KVt-luq xətlər və yarımstansiyalar tikilib. Rusiya və Azərbaycan arasında paralel rejim şəraitində enerji sistemlərinin işlənməsi üçün ötən il saziş imzalanıb». Nazir bildirib ki, vaxtı ilə bu işlər Azərbaycan-İran sərhədində də görülüb: «Bu gün sistem artıq tam hazır vəziyyətdədir və yalnız müəyyən təşkilati işlər qalıb. Gürcüstanla Azərbaycan arasında da 500 KVt-luq Samux-Qaradabani elektrik xətti çəkilib və bu xətt də artıq işlək vəziyyətdədir”.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb”
20.02.2019
“Avropa İttifaqı Azərbaycana dəstək verməyə hazırdır”
20.02.2019
Azərbaycan Litvanın vacib tərəfdaşı olub və olacaq
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info