AMEA-da yeni təyinatlar olub
Tarix: 22.02.2014 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. İclasın gündəliyindəki ilk məsələ ilə əlaqədar olaraq, AMEA-nın müxbir üzvü Kamal Abdulla rəhbəri olduğu Humanitar və İctimai Elmlər Bölməsinin 2013-cü ildəki elmi, elmi-təşkilati fəaliyyəti haqqında hesabatla çıxış edib. O bildirib ki, dəqiq, sosial və humanitar elmlər arasında əlaqələrin yaradılması istiqamətində işlər aparılıb, yeyinti məhsullarının təhlükəsizliyi, qeyri-neft sənayesi, regionların tarazlı inkişafı, erməni terrorizmi və digər məsələlər tədqiq edilib. Qeyd olunub ki, ümumilikdə Qafqaz arxeologiyasında ilk dəfə yeni texnoloji vasitələrlə qeydiyyata alınmış abidələrin elektron xəritəsi yaradılıb. Sonra AMEA-nın Naxçıvan Bölməsinin ötən ilki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. Bölmə sədri, akademik İsmayıl Hacıyev bildirib ki, institut və elmi müəssisələrdə Naxçıvanın tarixi, mədəniyyəti və təbii sərvətlərinin əhatəli şəkildə tədqiqi davam etdirilib. Müzakirəyə çıxarılmış növbəti məsələlər Şəki və Lənkəran Regional Elmi mərkəzlərinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında olub. Bildirilib ki, regional qurumlar tərəfindən ölkə ərazisində yetişdirilən mədəni və yabanı dərman bitkilərinə dəyən ziyanın azaldılması, genefond bağının zənginləşdirilməsi və qorunaraq gələcək nəslə çatdırılması istiqamətində araşdırmalar davam etdirilir. İclasda sözügedən qurumların hesabatı bəyənilib, elmi araşdırmaların genişləndirilməsi, inkişafı və müxtəlif istiqamətlərdə tədqiqatların aparılması ilə əlaqəli tövsiyələr verilib. İclasın sonunda Zülfüqar Fərzəliyev “Elm” qəzeti, “Elm və həyat” jurnalının baş redaktoru vəzifəsinə təyin olunub. Rəyasət Heyətinin Mərkəzi Aparatının Hüquqi təminat şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov isə AMEA Elmi İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info