“Tarixinə sahib ol!” layihəsinin icrasına başlanılıb
Tarix: 24.02.2014 | Saat: 14:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Tarixinə sahib ol!” layihəsinin icrasına başlanılıb.
Layihənin rəhbəri Nuriyyə Hüseynova bildirib ki, məqsəd dövlətçiliyimizin tarixini, müasir Azərbaycan dövlətçiliyini gənclərimizə daha dərindən öyrətmək və onu qorumağın vacibliyini əsaslandırmaqdan ibarətdir.
N.Hüseynova deyib ki, bu layihə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə istiqamətlənib. Layihə orta məktəblərin IX-XI sinif şagirdlərinə Azərbaycanın dövlətçilik tarixi ilə bağlı sinifdənkənar məlumatların verilməsini nəzərdə tutur.
Azərbaycan tarixinin akademik səviyyədə araşdırılmasında ortaya çıxan mühüm faktlar, xüsusən bir çox şəxsiyyətlərin önəmli addımları var ki, onların indiki gəncliyə məhz orta məktəblərdən öyrədilməsi çox vacibdir. Bu tarix gənclərimizin milli ruhda formalaşmasında, Vətənə sədaqət ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir.
Layihənin həyata keçirilməsi yüzlərlə gəncimizin Azərbaycanın dövlətçilik tarixi ilə bağlı yeni biliklər qazanmasına səbəb olacaq. Tariximizdən gətirilən şəxsi nümunələr, gənclərin muzeylərə səfərləri onların milli vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə verəcək. Bundan əlavə, layihə çərçivəsində Azərbaycan tarixinin akademik səviyyədə tədqiqatçıları ilə orta məktəblərin birgə əməkdaşlığına da nail olunacaq.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Müharibə veteranlarına birdəfəlik maddi yardımın verilməsi mayın 5-ə qədər yekunlaşacaq
24.04.2019
Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?
24.04.2019
Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info