Tibbi müayinələrin insanların sağlamlığı üçün olduqca böyük əhəmiyyəti var
Tarix: 24.02.2014 | Saat: 14:56:00 | E-mail | Çapa göndər


Aparılan kütləvi tibbi müayinələrin insanların sağlamlığı üçün olduqca böyük əhəmiyyəti var. Belə müayinələr insanlar arasında bir sıra xəstəlikləri erkən aşkar etməyə, vaxtında və dəqiq müalicə aparmağa imkan yaradır.
Bu fikirləri Balakən Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Rəisət Tinayeva müsahibəsində bildirib.
Müayinələrin keçirilməsi üçün xəstəxanada hər cür şəraitin yaradıldığını vurğulayan şöbə müdiri müayinələr zamanı əsasən göz, tənəffüs və ürək-damar sistemi xəstəlikləri ilə bağlı müraciətlərin üstünlük təşkil etdiyini diqqətə çatdırıb. Həkimin bildirdiyinə görə, sağlamlığında problem olan hər bir insan klinik, laborator, rentgen, ultrasəs və digər instrumental müayinələrdən keçdikdən sonra ehtiyac yaranarsa, stasionar müalicəyə cəlb olunur.
Rəisət Tinayeva insanların profilaktik tibbi müayinəsinə belə fürsət yaratdığına görə Balakən əhalisi, eləcə də rayonun səhiyyə işçiləri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info