“Könüllü sığortanın inkişafı ən prioritet istiqamətlərdən biridir”
Tarix: 24.02.2014 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


“AtaSığorta” ASC İdarə Heyətinin sədri Müseyib Əliyev: “2014-cü il sığorta prosesləri baxımından ciddi bir inkişaf ili olacaq”

“AtaSığorta” ASC İdarə Heyətinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Müseyib Əliyevin “Palitra” qəzetinə sığorta bazarı ilə bağlı müsahibəsini təqdim edirik.
-Müseyib müəllim, 2013-cü ilin sığorta bazarı əvvəlki illərdən nə ilə fərqləndi?
- Bildiyiniz kimi, maliyyə sektorunun əsas sahələrindən biri olan sığorta sektoru son illər çox sürətlə inkişaf edir. “Sığorta fəaliyyəti haqqında” qanun qüvvəyə minəndən, icbari sığorta qanunu ilə bağlı Mülki Məcəlləyə dəyişikliklər edildikdən sonra bu sektor çox sürətlə inkişaf edib. 2013-cü ilAzərbaycanın sığorta sektorunda bir çox yeniliklər ilə yadda qalıb. Həyat sığortası son illərdə çox inkşaf edib. Sığorta fəaliyyətini tənzimləyən qanunvericiliyə dəyişikliklərin edilməsi bu sahənin inkişafına yaradılan əsaslı zəmindən xəbər verir. Bu dəyişikliklər sığorta fəaliyyətinin daha da təkmilləşməsinə və inkişafına xidmət göstərir. 2013-cü ildə sığorta sektorunun inkişafı və sığorta qanunvericiliynə edilən dəyişikliklərlə bərabər, sığorta mədəniyyətinin, sığorta fəaliyyətinin yüksəlməsi ilə bağlı da bir çox tədbirlər həyata keçirildi. Sığorta müqavilələrinin sayının artması da onu göstərir ki, insanlar artıq sığortanın mahiyyətini və səmərəsini daha yaxşı anlamağa başlayıblar. Təbii ki, ötən il sığorta müqavilələrinin sayının kütləvi artması ilə yanaşı sığorta hadisələri də artdı. Sığortanın mahiyyətini bilən insanlar artıq özlərinin sığorta hüquqlarını tələb etməyi də bacarırlar. 2013-cü ilin iyununda keçirilən Beynəlxalq Bakı Forumunda da bununla bağlı bir sıra məsələlər səsləndirildi. Məsələn, icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı olaraq qanunvericilikdə müvafiq dəyişiklk məsələləri artıq gündəmə gəlib. Məlumdur ki, Azərbaycan karbohidrogen ehtiyatlarının varlığından başqa, həm də kənd təsərrüfatı ölkəsidir. Bununla bərabər, ölkədə böyük kənd təsərrüfatı istehsal, emal sahələri var ki, bunlar da özlərində müəyyən risklər daşıyırlar. Bunlarla bağlı sığorta riskləri artıq qanunvericiliyə əlavə edildi. Keçən ildə sığorta sektorunun inkişafı Azərbaycanda sığorta fəaliyyətinin daha da inkişafı üçün çox böyük imkanların olmasını göstərir. Bu imkanları reallaşdırmaq üçün zaman-zaman ciddi və məqsədyönlü tədbirlər görülür. Bu da 2013-cü ildən həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi qeyd edilə bilər. Artıq sığorta şirkətləri sürətlə kapitallaşmağa, böyüməyə başlayır. Sığorta şirkətlərinin daha çox böyüməsi və kapitallaşması birbaşa sığorta fəaliyyətinin geniş tətbiqi və inkişafı ilə bağlıdır. Bununla da, bu sürətli inkişaf tempi 2014-cü ildə dədavam edəcək və sığorta sektoru üçün dinamik bir il olacaqdır.
-Sizcə, 2014-cü ildə hansı əsas tendensiyalar müşahidə olunacaq?
- 2014-cü ildə sığorta sektorunun daha 20 faiz artması gözlənilir. Bu artım təqribən 100 milyon manata yaxın sığorta məbləğini əhatə edir. Əslində sığorta sektorunda bütün sığorta növlərinin inkişaf etdirilməsi üçün daha böyük imkanlar var. Təbii ki, bütün bu sahələrin hamısının inkişaf etdirlməsi birdən-birə mümkün deyil. Bütün növlər üzrə sığortanın tam inkişafı üçün bir qədər zaman lazımdır. İstər institusional inkişaf, istər maarifləndirmə sahəsində işlər davam etdirilməlidir. İcbari sığorta nə qədər önəmli olsa da, könüllü sığortanın genişləndirilməsi daha cox önəmlidir. Bu gün könüllü sığortanın inkişafı ən prioritet istiqamətlərdən biridir. Təbii ki, icbari sığorta növləri qanunla tənzimləndiyi üçün aparılmalıdır. Amma korporativ və fərdi şəxslərn könüllü sığortaya meyl etmələri könüllü sığorta sahəsinin də ciddi inkişafına gətirib çıxarmalıdır. Artıq bu inkişaf prosesi cəmiyyətdə gedir və müşahidə edilir. İnsanlar öz əmlaklarını, fəaliyyətlərini sığortalamağa meyil edirlər. Artıq sığortanın faydalılığı, cəmiyyətdə dəstəkverici bir vasitə olması ilə bağlı rəy əhalinin böyük əksəriyyətində bitkin bir şəkildə formalaşmağa başlayıb. İnkişaf etmiş ölkələrdə olduğu kimi, biz də bu inkişaf yolunu keçirik.
- Təbii fəlakətlərin baş verməsi ilə bağlı da sığorta məsələsi gündəmə gəldi...
- Təbii fəlakətlər baş verəndə, sığortanın bunun nəticəsində baş vermiş məsələlərin aradan qaldırılmasında də mühüm rolu olur. Sığorta risklər üzərində qurulmuş fəaliyyət növüdür. Ehtimal nəzəriyyəsinə uyğun olaraq statistik göstəricilərdə biz riskləri müəyyən etmiş oluruq. Bu, hər hansı bir sığorta predmetinin mahiyyətindən asılıdır. Ümumiyyətlə, düşünürəm ki, 2014-cü il də sığorta prosesləri baxımından ciddi bir inkişaf ili olacaq. Xüsusilə də qanunvericiliklə bağlı olaraq artıq bir çox maddələr tətbiq olunacaq. Bu baxımdan sığorta şirkətlərinin fəaliyyət diversifikasiyası və ixtisaslaşmasını da qeyd etmək lazımdır. Yəni onların hansı istiqaməti və yolu seçməsi müəyyənləşdiriləcək. Bu il düşünürəm ki, dövlət nəzarət orqanı bir çox qaydaların tətbiqi və qanuna edilmiş dəyişikliklərin mərhələlərlə tətbiqilə buna təkan verəcəkdir. Sığorta sektorunda uçotun təkmilləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, beynəlxalq audit tələbləri, şirkətlərdə daxili nəzarət sistemlərinin səmərəli tətbiqi, sığorta fəaliyyətində xoşagəlməz halların aradan qaldırılması və şəffaflığın təmin edilməsi və sair məsələlərə diqqət daha artırılmali və lazimi tədbirlərin görülməsi daha da sürətləndirilməlidir. Könüllü sığorta növlərinin inkişaf etdirilməsi ilə bağlı da artıq bir sıra tədbirlər görülməkdədir. Bu sahədə işlər və təşəbbüslər həyata keçirilir. Həmçinin daşınmaz əmlakın icbari sığortasını genişləndirilməsi, daşınmaz əmlakın könüllü sığortasını, səyahət sığortasını inkişaf etdirmək diqqət mərkəzindədir. Bu kimi sahələrin inkişafı və xüsusi çəkisinin daha da artırılması nəzərdə tutulmuşdur.
- 2013-cü ildə “Atasığorta” hansı işlər gördü?
- Sığorta şirkəti olaraq birincisi, Azərbaycan sığorta sektorunda öz mövqeyini və sığorta bazarında payını qoruyub saxladı, həmçinin payını bir az da artırdı. “AtaSığorta”nın qeyri-həyat sığortasıüzrə payı təqribən 3,2 faizdir. Bildiyiniz kimi, şirkət keçən il 12,6 milyon manat ümumi sığorta və təkrar sığorta haqları toplayıb. Sığorta ödənişi 3 milyon manatdan çox olmuşdur. 2012-ci ilə nisbətən sığorta yığımları üzrə 16 faiz, sığorta ödənişləri üzrə isə 10 faiz artıma nail olunmuşdur.
Eyni zamanda şirkətin insan resurslarının idarə edilməsi siyasəti yenilənmiş, əməkdaşların ixtisaslarının artırılması istiqamətində tədbirlər planı hazırlanıb həyata keçirilmişdir.Şirkət keçən il 3 yeni sığorta məhsulu hazırlayıb müştərilərə təqdim etmişdir.
- “AtaSığorta” ASC-nin filial şəbəkəsini genişləndirməyi planlaşdırırsınızmı?
“AtaSığorta” ASC 2014-cü ildə də iki filialını açmağı planlaşdırır. 2013-cü ildə yeni bir filial Lənkəranda açılmış, səkkiz nümayəndəlik və beş satış ofisi işə başlamışdır. Bu onu göstərir ki, şirkət regionlarda sığorta xidmətlərinin göstərilməsinə böyük diqqət ayırır. Bu proses bu ildə davam etdiriləcəkdir. İndi bizim beş filialımız, 8 nümayəndəliyimiz, altı satış ofisimiz vardır. Biz regionlarda biznes araşdırmalarınıda davam etdiririk. Strateji plana uyğun olaraq, ilin ikinci yarısında ölkənin şimal-qərb regionunda bir və Bakı şəhərində daha bir filial açmağı planlaşdırırıq. Biz fəaliyyətimizdə bütün respublika ərazisini əhatə etmək niyyətindəyik.
2013-cü ildə şirkətin sığorta yığımlarının 15 faizə yaxını filiallar, nümayəndəliklər və satış ofisləri vasitəsilə həyata keçirilib.Lakin bu ilin büdcəsinə əsasən sığorta yığımlarının üçdə birinin filial və satış ofisləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur.
-«AtaSığorta» ASC-nin təkrarsığorta fəaliyyəti üzrə lisenziya almaq niyyəti var?
“AtaSığorta” ASC təkrarsığorta fəaliyyəti üzrə lisenziya almaq niyyətindədir. Ötən ilin sonunda Azərbaycanın sığorta qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, təkrar sığorta əməliyyatları aparmaq üçün indi sığorta edənlərə ayrıca lisenziya almaq lazımdır.Təkrarsığorta fəaliyyəti üzrə lisenziya almaq istəyən sığorta şirkətinin kapitalı 2014-cü il martın 1-dən sığorta şirkətləri üçün mimimalkapital tələbi 2,5 milyon manat, 2015-ci il əvvəlindən isə beş milyon manat olmalıdır.
Bu gün "AtaSığorta” ASC-nin nizamnamə kapitalı 7,6 milyon manat səviyyəsindədir. Buna baxmayaraq, birinci yarım il ərzində onu 10 milyon manata çatdırılması qərara alınmışdır. Biz təkrarsığorta xidmətləri göstəririk və fəaliyyətin bu növünü inkişaf etdirməyi planlaşdırırıq. Təkrarsığorta konsepsiyasını yenidən işləyib hazırlamışıq. Şirkətin həm yerli, həm də xarici sığorta şirkətləri ilə geniş əlaqələri mövcuddur.
Təkrarsığortanın inkişaf etdirilməsi üzrə planlar şirkətdə beynəlxalq reytinqlərin alınmasını zəruri edir. Artıq aparıcı sığorta şirkətlərinin beynəlxalq reytinq alması zamanı yaxınlaşır. Fikrimizcə Azərbaycanın suveren reytinqinə uyğun gələn sığorta şirkətləri qonşu ölkələrdən sığorta risklərini təkrarsığortaya qəbul edə bilər.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info