“Bitkilərdən hər kəs profilaktik məqsədlə istifadə etməlidir”
Tarix: 24.02.2014 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Fitoterapevt Elnur Rəhimov: “Fitoterapiya gündəlik həyat tərzi olarsa, bundan uğurlu nəticə almaq olar”

Hələ qədimdən dünyada müalicə üsulu xalq təbabəti olub. Amma təxminən 18 -19-cu əsrlərdən sonra-kimyəvi dərmanlarla müalicə metodu ortaya çıxandan sonra fitomüalicə haradasa arxa plana keçdi. Lakin son zamanlarda yenidən bitkilərlə müalicəyə böyük maraq yaranıb. Bunun səbəbini fitoterapevt Elnur Rəhimov qəzetimizə müsahibəsində açıqlayıb. Qeyd edək ki, E. Rəhimov Azərbaycan Tibb Universitetini bitirib və Türkiyədə ixtisasartırma kursu keçib. Ukrayna, Polşa, Çin, İran və Almaniyada konfranslara qatılıb. Hazırda fitoterapevt kimi fəaliyyət göstərir.
-Elmi Texniki Tərəqqinin bütün sahələrə olduğu kimi, tibb sahəsinə də təsiri olub. Daha çox kimyəvi dərmanlar üzərində tədqiqatlar aparılıb və müalicəyə sistemli şəkildə yerləşdirilib. Fitoterapiya (bitkilər) üzərində daha az öyrənildiyinə və üzərində elmi işlər aparılmadığına görə müalicə kimi arxa plana keçib. Kimyəvi dərmanların istehsalı və satışı bir sıra yerlərdə özünü məşhurlaşdırıb.
- Demək olarmı, insanlarda artıq son zamanlar dərmanlara inamsızlıq, fitoterapiyaya isə böyük inam yaranıb?
- Əslində kimyəvi dərman preparatlarının öz yeri var, dərman bitkilərinin öz yeri. Müalicə də belədir, adətən kompleks müalicədə birlikdə də istifadə oluna bilir. Bitkilərin yan təsirinin az olması və təbii yolla müalicəni göstərməsi hər kəs üçün daha əlverişlidir. Hər dərman bitkisini tanıyan isə fitoterapiya ilə məşğul ola bilməz. Fitoterapevt həkim dərman bitkilərini xüsusi şəkildə təyin etməlidir.
- Fitoterapiya ilə daha çox hansı xəstəlikləri tez müalicə etmək mümkündür?
- Tənəffüs sistemindən, laringit, faringit və bronxitlərin (astmatik, xroniki), ürək-damar sistemindən ateroskleroz, neyrosirkulyator distoniya və hipertoniya zamanı kompleks müalicə kimi, həzm sistemindən qastrit , xora və kolitlərin, qaraciyər (qaraciyər piylənməsi) və öd kisəsi (xolesistit) xəstəliklərində geniş tətbiq olunur. Prostat vəzi və cinsi zəiflikdə bitkilərlə terapiya effektlidir. Həmçinin mastopatiya və qadın orqanların fibroz-kistoz xəstəliklərində dərman bitkiləri öz yerini tutur.
-Bu gün dünyada “cavanlaş”an bir çox xəstəliklər var. Fitoterapiyanın bunların qarşısına çıxacaq gücü varmı?
- Təbii üsulla təbii antioksidantların hesabına bu tipli xəstəliklərin qarşısını almaq olar. Fitoterapiya gündəlik həyat tərzi olarsa, orqanizmə ciddi nəzarət deməkdir və bundan uğurlu nəticə almaq olar.
- Ümumiyyətlə, elə bir zaman gələ bilərmi, kimyəvi dərmanlara “yox” deyilsin?
-Belə olsaydı yaxşı olardı, amma elmi nailiyyətlər kimyəvi dərmanlar üzərində aparıldığına görə bunların müalicədə öz yerinin olması həmişə olacaqdır. Bitkilərlə müalicə isə həmişə təbii müalicə kimi gündəmdə qalacaq. Hələ o qədər öyrəniləsi bitkilər var ki, tədqiq olunarsa müalicə zamanı böyük nailiyyətlər əldə edə bilərik.
- Adətən insanlar hər hansı xəstəliyə tutulandan sonra həkimlərə üz tuturlar. Bəs, xəstəliklərin profilaktikası, eləcə də sağlamlıqlarının qeydinə qalanlar üçün hansı müalicəvi bitkilərdən istifadə etməyi məsləhət görərdiniz?
- Düzü, bitkilərdən hər kəs profilaktik məqsədlə istifadə etməlidir. Profilaktik məqsədlə boymadərən, ləkəli alaqanqal toxumu, gülümbahar, exinaseya, biyan kökü, immunotea çayı, hepartea çayı və şəfa vitamini istifadə etmək məsləhətdir. İstənilən dərman bitkisinin istifadəsindən öncə içlik vərəqini və həkim məsləhətini unutmamaq lazımdır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info