ARDNŞ: “İxtisara düşən işçilərin 89%-i işlə təmin olunub”
Tarix: 24.02.2014 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) keçən ilin IV rübündən beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirmə prosesinə başlayıb. Bu məqsədlə şirkət 5 aydır işçilərin kənardan işə qəbulunu dayandırıb. Aparılan islahatlar şirkətin 7 222 nəfər işçisini əhatə edib. Onlardan 6 418 nəfəri (89%) artıq işlə təmin olunub. Bunu ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu, şirkətin Geofizika və geologiya, Neft kəmərləri, Sosial inkişaf, Qaz ixracı idarələri, Kompleks Qazma İşləri Tresti və «Azneft» İB-nin müəssisələrində aparılan struktur dəyişiklikləri nəticəsində baş verib: «533 nəfər əmək haqqının 5 misli məbləğində müavinət almaqla, başqa fəaliyyət sahələrinə keçib. 108 nəfər bu müəssisələrin ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun təmin olunmasına dair proqrama qoşulub, 163 nəfər proqrama qoşulmaqdan imtina edib. Proqrama qoşulmuş 108 nəfər isə 1 il ərzində əmək haqlarının 50%-ni alacaq və bu şəxslərə ikinci ixtisas veriləcək».
X.Məmmədov əlavə edib ki, bu yaxınlarda 43 vakansiya üzrə müsabiqə keçiriləcək. Artıq 64 nəfər bu vakansiyalarla bağlı müraciət edib. Ümumilikdə, hazırda ARDNŞ-də 3 098 vakansiya mövcuddur, şirkətlərin işçilərinin ümumi sayı isə təxminən 60 077 nəfərdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info