Ermənistan beynəlxalq hüquq normalarını pozmaqda davam edir
Tarix: 24.02.2014 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyası tərəfindən Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, tədbirin keçirilməsində məqsəd insanlığa qarşı yönəlmiş bu soyqırımı dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycana qarşı işğalçılıq siyasətinə münasibət bildirməkdir. B. Muradova qeyd edib ki, Xocalı soyqırımı son illərdə həm dövlət qurumları, parlament, həm də QHT-lər tərəfindən müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda qaldırılır və müvafiq qərarlar qəbul olunur. B. Muradova bildirib ki, Xocalı sakinləri yalnız azərbaycanlı olduqları üçün məhv ediliblər: “Ermənistan tərəfi bu günədək beynəlxalq hüquq normalarını pozmaqda davam edir. Bu gün bizi münaqişəni sülh yolu ilə, güc tətbiq etmədən həll etməyə çağıran beynəlxalq dairələr Ermənistana heç bir təzyiq göstərmirlər”.
Tədbirdə çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bəyan edib ki, Xocalı faciəsini törətmiş şəxslər ədalət məhkəməsi qarşısına çıxarılmalıdır: “Bununla belə, Xocalı elə bir yaradır ki, onu törədənlər ədalət məhkəməsinə çıxarılıb cəza alsalar belə, bu yara unudulmayacaq”. S. Seyidovun sözlərinə görə, Azərbaycan prezidenti Xocalı məsələsini daim diqqətdə saxlayır və faciənin dünyaya tanıtdırılması istiqamətində işlər aparılır. Tədbirdə çıxış edənlər Xocalı soyqırımına beynəlxalq səviyyədə qiymət verilməsinin vacibliyini vurğulayıblar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info